Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 9 июня 2024 г.
  4. Научная статья № 380
Просмотры  175 просмотров

KRANLARDA TEZLİK ÇEVİRİCİSİNİN SEÇİLMӘSİ

Xülasə: Tezlik çeviriciləri ümumi sənaye avadanlıqlarının səmərəli işinin inkişafı, energetik effektivliyi, idarə olunması üçün istifadə olunan elektrik çevircisidir. Gərginliyin və tezliyin səlis tənzim olunması ilə yanaşı tələb olunan elektrik mühafizələrini də əhatə edir. Məqalədə kranlarda istifadə olunan tezlik çeviricisinin seçilməsi məsələləri araşdırılmışdır

Açar sözlər: tezlik çeviricisi, kran, yük qaldırma, vfd, invertor, travel, starting breakaway load, yükün üfüqi hərəkəti.

УДК 621.317

Rüstəmli T.E.

magistr

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

(Bakı, Azərbaycan)

 

KRANLARDA TEZLİK ÇEVİRİCİSİNİN SEÇİLMƏSİ

 

Annotasiya : Tezlik çeviriciləri ümumi sənaye avadanlıqlarının səmərəli işinin inkişafı, energetik effektivliyi, idarə olunması üçün istifadə olunan elektrik çevircisidir. Gərginliyin və tezliyin səlis tənzim olunması ilə yanaşı tələb olunan elektrik mühafizələrini də əhatə edir. Məqalədə kranlarda istifadə olunan tezlik çeviricisinin seçilməsi məsələləri araşdırılmışdır.

 

Açar sözlər : tezlik çeviricisi, kran, yük qaldırma, vfd, invertor, travel, starting breakaway load, yükün üfüqi hərəkəti.

 

Tezlik çeviricisi aşağıdakı tələblərə cavab verməlidir.

Yüksək işəsalma momenti və onun dəqiq idarə olunması, Sürətləmə və tormozlama hamar olmalı, elektromexaniki əyləcə nəzarət,  yükün düşməsi və sürüşməsinin qarşısının alınması, regenerativ tormozlama imkanı, sürətin tənzimi, yüklənməyə nəzarət, elektrik motorunun qorunması, sinxronizasiya, təkmil­ləş­di­rilmiş təhlükəsizlik, monitorinq imkanı, səmərəli olması, inteqrasiya imkanı [1].Yük qaldırmada  prosesində motor və tezlik çeviricisi nominal sürətə qədər momentin sabit saxlanılması prinsipində çalışır. Momentin sabit  rejimində güc sürətdən düz mütənasib asılı olur, sürətin artması ilə güc də xətti olaraq artır. Momentin sabit halında gərginlik və tezlik arası xətti asılılıq saxlanılır. Aşağı dövrlərdə momentin sabitliyinə görə mühərrik aşağı dövrlərdə daha çox cərəyan çəkir. Şəkil 1-də  momentin sabit şəraitindən sürət və gücün asılılıq qrafiki göstərilmişdir [2-4].

Trolleyin və kranın rels üzrə hərəkətində böyük ilkin hərəkətə gətirici moment tələb  olunur bu da tezlik çevircisinə verilən Yüksək işə salınma momentini və onun dəqiq idarə olunması tələbini zəruri edir. Şəkil 2-də momentin sabit şəraitində tezlik və gərginlik arası asılılıq göstərilir.

Şəkil 1.  Momentrin sabit şəraitindən sürət və gücün asılılıq qrafiki.

Şəkil 2. Momentin sabit şəraitində tezlik və gərginlik arası asılılıq.

 

Bu cür reaktiv yüklər üçün mühərrikin 60 saniyə müddətində 150 %, 3 saniyə müddətində 200% yüklənməsi tələb olunur. İlkin hərəkət verici momentə uyğun mühərrik və tezlik çeviricisi seçilir. Əgər hesabat doğru aparılmazsa ilk anda cəkilən cərəyan invertorun cərəyan limitinə görə verilə bilmir və iş dayanır (şəkil 3). Bu iki tip yük üçün də istifadə olunan tezlik çeviriciləri adi tezlik çeviricilərdən fərqli olaraq daxilində əlavə quraşdırılmış induktiv filtr, tormozlayıcı blok, xüsusi  proqram təminati və əlavə olaraq regenerativ tormozlayıcı və ya  enerjiçeviricisinə sahib olur [5,6].

 

Şəkil 3. Trolley hərəkətində moment və sütət qrafiki.

 

Şəkil 4.Tezlik çevirisinin elektrik sxemi.

 

Regenerativ enerji işlədicisi motorun generator rejimində alınan enerjinin yükə verilməsi ilə sarığılardan axan cərəyan hesabına tormozlamanı təmin edir. Bu elektrik yükü əsasən tormozlama resistoru və ya sabit cərəyandan dəyişən cərəyana çevirici olur. Tormozlama bloku mühərrikin yükün aşağı sabit sürətlə endirilməsindən əlavə ani olaraq sürətin dəyişməsində belə İGBT- izolyasiya olunmuş idarə elektrodlu bipolyar trazistorların gövdə diodlarında düzlənərək sabit cərəyan şininə  ötürülən ötürülən enerjini kənarlaşdırır. Əgər elektrodinamiki tormozlama düzgün aparılmazsa  gərginliyin üst limiti keçməsi qəza ilə nəticələnir. Kranda keçid prosesləri tez başa çatdığı üçün mexaniki ətalətin enerjisini təhlükəsiz dağıtmaq məqsədi ilə bütün intiqallarda danışılan tip tezlik çeviriciləri (şəkil 5 və 6) və elektrodinamiki tormozlama istifadə olunur [7-9].

 

Şəkil 5. Fetah Kolonic SCR xətti çeviricisinin ümumi quruluşu.

 

Şəkil 6. KEB Mike Keef Əyləc rezistorunun seçim sxemi.

 

Tezlik çeviricisinin inteqrasiya olunma imkanı-Tezlik çevirciləri güc elektron dövrələri, idarəetmə yadaş qurğuları və proqram təminatından təşkil olunmuş kompleks elektrik qurğusudur. Digər elektrik avadanlıqları kimi vaxt aşırı sazlanma və servis tələb edir və istifadə zamanı sıradan çıxması qaçınılmazdır. Tezlik çevirciləri seçilərkən, onun idarə dövrəsi qurularkən bunun nəzərə alınması mütləqdir. Çünki təcrübədə tezlik çeviricisinin eynisinin təmin olunması əksər hallarda çox zaman alır və ya baş tutmur. İstehsalçının modeldə dəyişiklik etməsi və ya istehsalını dayandırması halında avtomatika sxemi yenidən qurulmalı olur. Buna görə də tezlik çeviricisin idarə etmə dövrəsi ümumi xarakter daşımalı kompleks olmamalıdır ki digər tezlik çevirciləri sitemə rahat inteqrasiya ola bilsin [10-13].

 

NƏTİCƏ

Tezlik çeviricisinin seçilməsində əsas olaraq motor parametrləri və texnoloji prosesin qeyri elektrik parametrləri götürülür. Onun texniki göstəriciləri ilə yanaşı istifadə rahatlığı proqramlanma və interfeys imkanları nəzərə alınmalıdır. Əks halda intiqalın arzu olunan təhlükəsiz və dəqiq idarəetməsini əldə etmək olmaz.

 

ƏDƏBİYYAT

 

  1. M. Piriyeva, P.F. Rahimli «Control of crane mechanisms with electric drive frequency converter». Международный научный журнал «ВЕСТНИК НАУКИ» № 4 (61) Том 5 aprel 2023. Pp. 373-379;
  2. M. Piriyeva, F.I Qasimov «Development of software control of electrical transmissions of the irrigation pumping station» International scientific journal BULLETIN OF SCIENCE No. 4 (61) Volume 3 April 2023. C 243-249;
  3. Piriyeva N.M., Rzayeva S.V., Qaniyeva N.M. Investigation of the characteristics of a barrier discharge in a water-air environment/ IJ TPE Journal, ISSUE 55.Volume 15. Number 2, (Serial № 0055-1502-0623), IJTPE –June 2023. 44-49;
  4. Piriyeva N.M., Rzayeva S.V., Mustafazadeh E.M. «Evaluation of the appli­ca­tion of various methods and equipment for protection from emergency voltage in 6-10 kv electric networks of oil production facilities». Интернаука: электрон. научн. журн. 2022. № 39(262). səh.40-44;
  5. Пириева Н.М., Гусейнов З.Ф. Xарактеристики синхронных двигателей. Меж­­дународный научный журнал «Вестник науки» № 3 (60) Том 4. С.241-246;
  6. Мамедова Г.В., Пириева Н.М., Ширинова М.Ч. Диагностика силовых трансформаторов // Интернаука: электрон. научн. журн. 2023. № 6(276);
  7. Абдуллаев Р.Н., Пириева Н.М. Разработка электрической передачи поливных насосов с программным обеспечением. Проблемы энергетики. №1, Баку, 2023 с. 124-127;
  8. Н.М.Пириева. Aсинхронный электродвигатель с эффективной системой охлаждения. Журнал Проблем Энергетика №4, Баку, 2020 с 34-40;
  9. Маруфов И.М., Пириева Н.М., Ганиева Н.А., Мухтарова К.М. Повреждение изоляции обмотки статора в электрических машинах. Журнал Проблем Энергетика №2, Баку, 2019 с 82-85;
  10. Пириева Н.М., Ахмедли А.Н. «Cравне­ния электрических генераторов применяемые в ветроэлектрических установках» Меж­­дународный научный журнал «Вестник науки» № 1 (70) Том 3. 2024 с.975-986;
  11. https://kuli.com/storage/media/download/KULI_gantry_cranes.pdf;
  12. https://www.hse.gov.uk/construction/safetytopics/lifting-operations.htm

Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 6 (75) том 2


Ссылка для цитирования:

Rüstəmli T.E. KRANLARDA TEZLİK ÇEVİRİCİSİNİN SEÇİLMӘSİ // Журнал «Вестник науки» от 9 июня 2024 г. № 6 (75) том 2. С. 2505 - 2510. 2024 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/15869 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/15869



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2024.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.