Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 8 декабря 2024 г.
  4. Научная статья № 305
Просмотры  171 просмотр

SUVARMA SİSTEMİ ÜÇÜN KÜLƏK-GÜNƏŞ HİBRİD ENERJİ SİSTEMİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

Abstract: Kənd təsərrüfatında suvarmanın rolu böyükdür, belə ki yaxşı suvarma sistemi bitkilərin böyüməsi və məhsuldarlığı üçün əsas faktorlardan biridir. Suvarma əməliyyatları məhsul istehsalının ümumi xərclərinə təsir edən böyük miqdarda su və enerji tələb edir. Ənənəvi suvarma sistemləri elektrik və ya dizel yanacaqlı nasoslardan istifadə olunur, bu da öz növbəsində kənd təsərrüfatı sahibkarları üçün yüksək əməliyyat xərclərinə səbəb olur. Alternativ olaraq, bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi, suvarma sistemlərinin enerji təlabatlarını qarşılamaq üçün həm ekoloji cəhətdən təmiz həm də iqtisadi səmərəli bir həll təklif edir

Keywords: alternativ enerji, külək-günəş hibrid sistemləri, külək turbinləri, günəş panelləri, suvarma sistemi üçün hibrid enerji.

https://doi.org/10.24412/2712-8849-2024-1281-2056-2062

Giriş. Suvarma sistemi üçün istifadə edilən günəş-külək hibrid enerji sistemləri həm günəşdən, həm də küləkdən enerji hasil edən qurğuların birləşməsidir. Bu sistemlər, bir enerji mənbəyi əlçatan olmadıqda digər mənbədən yararlanaraq enerji hasilatını davam etdirir. Hibrid sistemlərin strukturu və hasil etdiyi enerji miqdarı bir neçə faktora bağlıdır: ərazidəki günəş radiasiyası, külək sürəti, panel və turbinlərin gücü, enerji tələbatı, və texnologiyanın səmərəliliyi. Bu məqalədə, suvarma sistemi üçün külək-günəş hibrid sisteminin layihələndirilməsi ətraflı şəkildə izah olunur və ölkəmizdə bu sistemin qurulması üçün əlverişli olan, coğrafi olaraq suvarma ehtiyacı tələb olunan yerlər araşdırılmışdır.
Suvarma sistemi üçün külək-günəş hibrid sisteminə ehtiyacın olduğu ərazilər, əsasən suvarma ehtiyacının yüksək olduğu və ənənəvi enerji mənbələrinin ya məhdud, ya da baha olduğu ərazilərdir. Bu ehtiyacın olduğu yerlər aşağıdakı xüsusiyyətlərə malik ola bilər:
1. Quraq və yarımquraq bölgələr: Azərbaycanda Kür-Araz ovalığı, Abşeron yarımadası, Muğan düzənliyi kimi quraq və yarımquraq bölgələrdə suvarma böyük əhəmiyyət kəsb edir. Bu ərazilərdə suvarma ehtiyacının yüksək olması ilə yanaşı, ənənəvi enerji mənbələrinə çıxış məhdud ola bilər. Dünyada quraq və yarımquraq bölgələrə nümunə olaraq, Afrikanın Sahel bölgəsi, Orta Asiyanın müxtəlif bölgələri və Avstraliyanın iç bölgələri göstərilə bilər.
2. Kənd təsərrüfatı bölgələri: Azərbaycanda kənd təsərrüfatı məhsullarının əsas istehsal sahələri olan Samux, Goranboy, Sabirabad, İmişli və Neftçala rayonları kimi ərazilər suvarma üçün hibrid enerji sistemlərinə ehtiyac duyur. Dünyada Hindistanın Punjab və Haryana əyalətləri, Kaliforniyanın kənd təsərrüfatı bölgələri, Braziliyanın kənd təsərrüfatı əraziləri kimi yerlərdə də belə sistemlərə tələbat var.
3. Enerji mənbələrinə çıxışı məhdud olan uzaq bölgələr: Azərbaycanda Dağlıq Qarabağ və ətraf rayonlar, eləcə də, ucqar dağ kəndləri elektrik şəbəkəsindən uzaqda yerləşdiyindən burada külək-günəş hibrid sistemləri suvarma üçün effektiv həll ola bilər. Dünyanın bir çox inkişaf etməkdə olan ölkələrindəki ucqar kəndlər və kiçik adalar enerji mənbələrinə çıxışın məhdud olduğu yerlərdir.
4. Yüksək enerji xərcləri olan bölgələr: Azərbaycanda elektrik enerjisinin baha olduğu yerlərdə, xüsusən də kənd təsərrüfatı fəaliyyəti göstərən sahələrdə hibrid enerji sistemləri iqtisadi cəhətdən səmərəli ola bilər. Dünyada enerji qiymətlərinin yüksək olduğu yerlərdə, məsələn, Avropa İttifaqının bəzi ölkələrində və inkişaf etmiş ölkələrin kənd təsərrüfatı bölgələrində də belə sistemlərə ehtiyac var.
5. Ekoloji təmizlik və davamlılıq tələb olunan bölgələr: Azərbaycanda ekoloji cəhətdən həssas bölgələrdə, məsələn, Quba-Xaçmaz, Zaqatala-Balakən kimi ərazilərdə hibrid sistemlər ekoloji təmiz enerji təmin edərək suvarma ehtiyaclarını qarşılaya bilər. Qlobal olaraq isə bütün dünyada ekoloji təmizlik və davamlılıq prinsiplərinə önəm verən bölgələrdə də belə sistemlər geniş yayılmaqdadır.
Günəş-külək hibrid enerji sisteminin strukturunun ən vacib hissəsini günəş panelləri (Fotovoltaik sistemlər) təşkil edir. Günəş panellərinin strukturu da öz növbəsində bir neçə komponentdən ibarətdir. Bu komponentlər fotovoltaik (PV) panellər, inverter (DC-dən AC-ə çevirmə üçün), batareyalar və monitorinq sistemindən ibarətdir. Günəş panellərinin səmərəliliyi 15%-25% arasında dəyişir. Abşeron yarımadasında günəşli günlərin çoxluğu bu sistemin enerji hasilatını artırır. Hibrid sistemin strukturunu təşkil edən digər ən əhəmiyyətli element külək turbinləridir ki, bu turbinlərin funksiyası küləyin kinetik enerjisini elektrik enerjisinə çevirməkdən ibarətdir. Külək turbinlərini təşkil edən əsas komponentlərə rotoru (küləyin fırlatdığı qanadlar), generatoru ( mexaniki enerjini elektrik enerjisinə çevirir), qülləni ( turbinin hündürlüyü və sabitliyi üçün), inverter və batareyaları misal göstərmək olar. Külək turbinlərinin effektivliyi quraşdırıldığı yerə və küləyin sürətinə bağlıdır. Küləyin sürəti 4-6 m/s-dən çoxdursa, turbinlər maksimum performansla işləyə bilər. Günəşin olmadığı gecələr və küləyin olmadığı vaxtlarda enerjidən istifadəni təmin etmək üçün istifadə olunmayan enerji batareyalarda saxlanılır. Enerji saxlama sistemi öz növbəsində Litium-ion və ya qurğuşun-turşu batareyalarına və enerji idarəetmə sisteminə bölünür. Enerji idarəetmə sistemi günəş və külək enerjisinin sinxronlaşdırılması və suvarma sisteminə lazım olan enerjinin təmin edilməsi üçün avtomatik olaraq sistemin işini idarə edir. Bu sistemin əsas elementlərindən biri də su nasosları hesab olunur ki, bu da elektrik enerjisi ilə işləyən nasoslar vasitəsilə suyu suvarma sisteminə çatdırmaq funksiyasını yerinə yetirir. Aşağıda verilmiş şəkil 1.1-də suvarma sistemini təşkil edən hibrid günəş-külək enerji sisteminin quruluşu göstərilmişdir.

Şəkil 1.1 Hibrid günəş-külək enerji sistemi ilə
suvarma sisteminin layihələndirilməsi.

Enerji hasilatı günəş paneli və külək turbininin gücünə, ərazidəki küləyin sürətinə və günəş radiasiyasına bağlı olaraq dəyişir. Abşeron yarımadasında bu amillər aşağıdakı kimi təxminən enerji hasilatına təsir göstərir:
Günəş panellərinin enerji hasilatı: Abşeron yarımadasında ildə təxminən 1600-1800 kWh/m² günəş radiasiyası mövcuddur. 1 kVt gücündə fotovoltaik sistem hər kvadrat metrə orta hesabla ildə 1500-1800 kWh enerji hasil edə bilər. Yəni, 10 kVt gücündə olan bir sistem ildə 15,000 - 18,000 kWh enerji hasil edə bilər. Hər günəş paneli təxminən 300-400 Vt gücə malik olur. Bu halda, 10 kVt gücündə bir sistem üçün təxminən 25-30 günəş paneli tələb olunur.
Külək turbinlərinin enerji hasilatı: Abşeron yarımadasında küləyin orta sürəti 6-8 m/s civarındadır, bu isə külək turbinləri üçün əlverişli şərait yaradır. 1 kVt-lıq bir külək turbinindən ildə 2000-3000 kWh enerji hasil etmək mümkündür. Məsələn, 5 kVt gücündə bir külək turbinindən ildə 10,000 - 15,000 kWh enerji hasil edə bilər. Əgər hər turbin 1-5 kVt gücündədirsə, suvarma sisteminə uyğun olaraq 1-2 turbin kifayət edə bilər.
Enerji hasilatının ümumi miqdarı: Bir hibrid sistemdə enerji hasilatı belə təxmin edilə bilər:
Günəş panelləri: 10 kVt gücündə sistem ilə ildə 15,000 - 18,000 kWh enerji.
Külək turbinləri: 5 kVt gücündə sistem ilə ildə 10,000 - 15,000 kWh enerji.
Ümumi Enerji : Hibrid enerji sistemi vasitəsilə ildə təxminən 25,000 - 33,000 kWh enerji hasil edilə bilər, bu isə suvarma üçün istifadə ediləcək su nasosları və sistemlərini təmin etmək üçün kifayət qədərdir.
Abşeron ərazisində 1 hektar sahə üçün nəzərdə tutulan üzüm plantasiyasının hibrid külək-günəş enerjisindən istifadə etməklə suvarma sisteminin layihələndirməsinə baxaq. Burada Abşeron ərazisində 1 hektar sahə üçün hibrid külək-günəş enerjisi sisteminin dizaynı ilə bağlı hesablamalar və analizlər təqdim edilir. 1 hektar üzüm plantasiyasının suvarılması üçün tələb olunan enerji miqdarını hesablamaq üçün əvvəlcə su tələbi və su nasoslarının gücünü hesablamaq lazımdır. Bu göstəricilər üzüm bağının suvarma metoduna, torpağın xüsusiyyətlərinə və iqlim şəraitinə əsaslanır.
1. Su tələbinin hesablanması. Tipik üzüm bağları ildə təxminən 500-700 mm suya ehtiyac duyur. Bu göstərici torpağın su tutumu və yerli iqlim şəraitinə əsasən dəyişir. Gündəlik və ya mövsümi suvarma miqdarı aşağıdakı şəkildə hesablanır:
2. Nasosun enerji tələbi. Nasosun enerji tələbatı suyun hündürlüyə qaldırılmasına (yəni su mənbəyindən plantasiyaya), nasosun səmərəliliyinə və suyun təzyiqinə bağlıdır. Suvarma nasosunun enerji tələbini hesablamaq üçün əsas tənlik:
Günəş panelləri və külək turbinləri.
Günəş panelləri. Abşeron ərazisində orta günəş radiasiyası təxminən 4.5-5 kWh/m²/gün-dür. Günəş panellərinin effektivliyini 20% götürək.
Gündəlik enerji tələbi: 3.13 kWh.
Tələb olunan panel sahəsi:
Bu kiçik gündəlik tələbat üçün kifayət edə bilər. Mövsümi dəyişiklikləri nəzərə alaraq daha çox panel əlavə edilə bilər.
Külək turbinləri. Orta külək sürəti 5 m/s qəbul edilərsə, kiçik bir turbin təxminən 1-2 kW güc çıxara bilər. Belə bir turbin gündəlik təxminən 4-8 kWh istehsal edər. Tələb olunan enerji (3.13 kWh) üçün 1 kiçik külək turbini kifayət ola bilər.

NƏTİCƏ.
1 hektar üzüm plantasiyası üçün gündəlik suvarma tələbi təxminən 40 m³ hesab olunur. Bunun üçün isə təxminən 3.13 kWh enerji tələb olunur. Suvarma tələbini qarşılamaq üşün istifadə olunan günəş panellərinin ortama sayı 2-3 ədəd olub hər biri təxminən 300 W gücündədir. Suvarma sistemini səmərəli şəkildə enerji ilə təmin etmək üçün orta hesabla 1 kiçik külək turbinin istifadəsi kifayət edə bilər. Beləliklə, hibrid sistemlər həm günəş, həm də külək enerjisindən istifadə etməklə davamlı enerji mənbəyi yaradır. Enerji hasilatı sistemin gücünə, ərazidəki təbii şəraitə (günəş radiasiyası və külək sürətinə) və sistemin səmərəliliyinə bağlı olaraq dəyişir. İldə təxminən 25,000 - 33,000 kWh enerji ilə 1 hektar üzüm plantasiyasının suvarma ehtiyacları qarşılamaq mümkündür.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 12 (81) том 2


Ссылка для цитирования:

Piriyeva N.M., Nayib-Zadə R.C. SUVARMA SİSTEMİ ÜÇÜN KÜLƏK-GÜNƏŞ HİBRİD ENERJİ SİSTEMİNİN LAYİHƏLƏNDİRİLMƏSİ // Журнал «Вестник науки» от 8 декабря 2024 г. № 12 (81) том 2. С. 2056 - 2062. 2024 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/19708 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/19708



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2024.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.