'
Zöhrabov A.E., Abdullayev Ü.Z.
SABİT CƏRƏYAN ƏLAQƏ XƏTLƏRİNİN ÜSTÜNLÜKLƏRİ *
Аннотация:
Azərbaycanın artıq xarici ölkələrlə, xüsusi ilə avropa ölkələri ilə gəldiyi razılaşmalar fonunda böyük güc tranzitinin həyata keçirilməsinin vaciblik məsələləri ön plana çıxır. Bunun üçün də uzaq məsafələrə elektrik enerjisinin ötürülməsinin dəyişən cərəyanlar artıq mümkünsüz olmasını və ya onun səmərəli olmamasını deyə bilərik. Elektrik enerjisinin uzaq məsafələrə göndərilməsini ən effektiv üsulu sabit cərəyan əlaqəsidir. Bu həm də ölkələrin enerji sektorlarının təhlükəsizliyinin təməlini təşkil edə bilir. Belə ki, sabit cərəyan əlaqəsinin hesabına bir enerji sektorundakı yırğalanmalar digərindən qətiyyən hiss edilmir. Dəyişən cərəyanda olan əlaqədə hər bir generatorun rotorları elektromaqnit olaraq bir biri ilə qarşılıqlı təsirdə olurlar. İstənilən böyük güclü generatordakı təkanlar bütün enerji sistemində hiss edilir. Bu təkanlar böyük güclü olanda və ya yırğalanmalar yartdıqda ona qoşulmuş bütün sistemlərdə bu hiss edilir. Lakin sabit cərəyandakı əlaqədə isə gücün ötürülməsi birbaşa gərginliklə baş verən hadisədir. Yəni sabit cərəyanda elektrik enerjisi gərginliyin yüksək olduğu tərəfdən aşağı tərəfə axır. Bununla da mexaniki və ya elektromexaniki təsir əlaqəsi mövcud ola bilmir
Ключевые слова:
İnverter, sabit cərəyan əlaqəsi, dinamiki dayanıqlıq, yırğalanma, tranzistor, iki dövrləli xətt, mühafizəsi sonası, düzləndirici qurğu, kondensator batareyası, tezlik tənzimləyici mikro idarəedici qurğu.
DOI 10.24412/2712-8849-2025-586-2385-2390
1. Giriş: Azərbaycanın avropa ölkələri ilə yaşıl enerji dəhlizi vasitəsi ilə ilkin olaraq 4000MVt – lıq güc ötürmə layihəsi mövcuddur. Xəzər dənizindən külək turbinləri ilə əldə ediləcək güc Azərbaycan, Gürcüstan, Qara dəniz üzərindən Rumınya və digər avropa ölkələrinə hasil ediləcək. Qeyd edilən xəttin trassası təxminən 2000km – dən çoxdur (şəkil 1.1). Dəyişən cərəyanla belə məsafəyə elektrik enerjisinin verilməsi həm külli miqdarda itkilərin yaranmasına səbəb olacaq, həm də ölkələrin enerji sektorları arasında birbaşa elektromexaniki əlaqə qurulmuş olur (şəkil 1.2). Dünya təcrübəsində isə adətən vahid sistemə qoşulmanın yaxşı nəticələr verməməsi öz təsdiqini tapmışdır. Hətda tədqiqatlar nəticəsində böyük sistemlərdə uzun müddətli davam edən yırğalanmaların baş verməsi təsdiq edilmiş, bunun aradan qaldırılmasının yeganə yolu isə sistemin ayrılaraq yenidən sinxronlaşdırılması ilə mümkün olduğu görünmüşdür [2].
Şəkil 1.1. Azərbaycanın avropa ölkələri ilə əlaqə
xəttinin təxmini yol xəritəsi və məsafəsi.
Bütün enerji sistemin digər bütün enerji sisteminə qoşulması isə heç də sadə proses deyil. Belə ki, mühüm olan sürüşmənin üst – üstə salınması üçün sistemin birinin tezliyi digərindən müəyyən qədər fərləndirilirərək süni şəkildə sürüşmənin dəyişdirilməsi aparılır və dəyişən sürüşmədə sistemlər bucaqları üst – üstə düşdüyündə sistem sinxronlaşdırılır [3]. Hər bir halda hər iki sistemin çox böyük gücdə olmasını nəzərə alaraq böyük sistemin tezliyinin dəyişdirilməsinin həssas və çətin proses olmasını deməliyik.
Şəkil 1.2 Genaratorda bucaq dəyişməsinin fırlanma momentinə təsiri.
2. Təkliflər: Problemlərin həlli üçün böyük güclü sistemlər arasında sabit cərəyan çevirici stansiyalarının qurulması (şəkil 1.3) və əlaqələrin sabit cərəyan xətləri vasitəsi ilə icra edilməsi tövsiyyə edilə bilər. Bununla hər bir sistemin dinamiki təkanları yalnız həmin sistemin daxilində qalır və digər sistemlərə keçməsinin qarşısı alınmış olur. Sözü gedən sxemlər avropa ölkələrində enerji sisteminin əlaqələndirilməsi üçün hal – hazırda tətpiq edilir [4]. Bu üsul uzun illər ərzində çox saylı sistem qəzaları zamanı özünü doğrultmuşdur.
Şəkil 1.3 Sistemlər arasında sabit cərəyan əlaqəsi.
Sabit cərəyanla elektrik veriliş xətlərinin çəkilməsi meşə massivlərinin və ətraf mühitin qorunmasına böyük tövhə verir. Belə ki, sabit cərəyanda gərginliyin yerə nəzərən olan qiymətlərinin az olması, sabit cərəyanda elektromaqnit təsirlərin olmaması, və induktiv müqavimətlərin olmaması səbəbindən xəttin qaparitləri və onun mühafizə zonasın üçün tələb olunan ərazilərin azalmasına gətirib çıxarır. Şəkil 1.4 – də bunun aydın şəkildə görə bilərik. Eyni ötürmə gücünün eyni gərginlikdə sabit və dəyişən cərəyan üçün müqayisəsindən görünür ki, təxminən mühafizə zonası 4 dəfə daha az tələb olunur. Bunu xəttin böyük uzunluğu üçün nəzərə alsaq deyə bilərik ki, külli miqdarda ərazinin zəbt edilməsinin qarşısı alınmış olacaq. Digər yandan ərazilərin az zəbt edilməsi meşə massivlərinin dağıdılmasının qarşısını almış olur. Əgər avropa ölkələri ilə enerji mübadiləsi xəttinin yaşıl dəhliz olmasını nəzərə alsaq bu üsulun effektiv olacağını deyə bilərik. Əlaqənin qurulmasında istifadə edilən çeviricinin prinsipial sxemi şəkil 1.5 – də verilmişdir. Burada dəyişən cərəyan əvvəlcə konbertor blokuna daxil olur. Konvertorda 3 fazalı dəyişən cərəyan düzləndirici diodlar və ya tiristorlar vasitəsi ilə sabit cərəyana çevrilir [3]. Adətən tənzimləmənin aparılması üçün diodların əvəzinə tiristorlar istifadə edilir. Daha sonra əldə edilən sabit cərəyan lazımi təyinat nöqtəsinə sabit cərəyan əlaqə xətləri vasitəsi ilə göndərilir. Qəbul məntəqəsində sabit cərəyan ineverter vasitəsi ilə dəyişən cərəyana çevrilir.
Şəkil 1.4. Eyni gücün sabit və dəyişən cərəyanlarda
müxtəlif gərginliklərdə ötürməsinin müqayisəsi.
Şəkil 1.5. Sabit cərəyan əlaqəsinin prinsipial sxemi.
3. Nəticə: Elektrik enerjisinin sabit cərəyanla ötürülməsi zamanı sistemlər arasında dinamiki olaraq etibarlı əlaqə qurulmuş olur və bir sistemin qəzası digərinə təsir göstərə bilmir. Sabit cərəyan xətlərinin zəbt etdiyi ərazilər az olduğundan keçən ölkələrin ərazində torpaq vergisi məsələləri olduqca sərfəli olur. Yaşıl ərazilərin az zəbt olmasına görə yaşıl enerji strategiyasını dəstəkləyir. Səth effekti hadisələri və reaktiv müqavimətlərin olmamasına görə xəttin effektivliyi olduqca yüksək alınır. Deyilən amillərin hər biri sabit cərəyan əlaqəsinin effektiv və səmərəli icra prosesi olmasını göstərir.
Номер журнала Вестник науки №5 (86) том 4
Ссылка для цитирования:
Zöhrabov A.E., Abdullayev Ü.Z. SABİT CƏRƏYAN ƏLAQƏ XƏTLƏRİNİN ÜSTÜNLÜKLƏRİ // Вестник науки №5 (86) том 4. С. 2385 - 2390. 2025 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/23575 (дата обращения: 20.07.2025 г.)
Вестник науки © 2025. 16+
*