'
Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо

  1. Главная
  2. Архив
  3. Вестник науки №5 (86) том 4
  4. Научная статья № 305

Просмотры  49 просмотров

Zöhrabov A.E., Süleymanlı S.R.

  


SABİT VƏ DƏYİŞƏN CƏRƏYANLA ENERJİ ÖTÜRMƏSİNİN MÜQAYİSƏLİ TEXNİKİ - İQTİSADİ GÖSTƏRİCİLƏRİ *

  


Аннотация:
Elektrik enerjisinin ötürülməsi ölkəmizin daxili təchizatında və qonşu ölkələr ilə dəyişən cərəyanla həyata keçirilir. Məsafələr və ötürülən güclərin qiymətinin böyük olmaması əlavə tədiqatların aparılması üçün hər hansı bir əsas vermir. Lakin əksər dünya ölkələrinin karbon emissiyalarının azaldılması üçün qoşulduqları kovensiyalar onların yaşıl enerjiyə keçidinə sövq edir. Belə ki, burada elektrik enerjisinin istehsal payının əsas hissəsinin günəş və külək kimi bırpa olunan enerji mənbələrindən ibarət olmasına səy göstərilir. Azərbaycanın bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malik olması onu enerji ixracatçısına çevirməyə imkan verir. Bir sıra avropa ölkələri xəzər dənizindən külək turbinləri vasitəsi ilə yaşıl enerjini əldə edib Azərbaycandan avropaya ötürməyin tərəfdarıdılar.İlkin olaraq ölkəmiz ilə avropa ölkləri arasında xəzərdən 4 GVt – lıq gücün ötürülməsi təstiqlənib. Əldə edilən elektrik enerjisini Qara dəniz üzərindən Rumınyaya güc mərkəzi olaraq ötürülməsini və buradan paylanmasının tərəfdarıdılar. Bu məsafə isə 2000 km – dən çoxdur. Belə uzaq məsafəyə 4QVt – lıq gücün ötürülməsinin hansı cərəyan növündə ötürülməsinin əsaslandırılması və tədqiqatının aparılması vacibdir. Ötürmə gərginliyinin sinfi, çevirici qurğular və transformator yarımstansiyalarının bu vəziyyətdəki müqayisəli təhlilləri olduqca vacib komponenetlər arasındadır.   

Ключевые слова:
İqtisadi dəyər, sabit cərəyan əlaqəsi, səmərəlilik, ikiqütblü ötürmə, tranzistor, iqtisadi artım proqnozu, düzləndirici qurğu, kondensator batareyası, tezlik tənzimləyici mikro idarəedici qurğu.   


DOI 10.24412/2712-8849-2025-586-2391-2398

Elektrik enerjisinin sabit və dəyişən cərəyanla ötürülməsinin iqtisadi əsaslandırılması həmin qurğu və avdanlıqların kapital xərclərinin təyin edilməsinə və səmərəli nəticələr əldə edilməsinin imkanlarının araşdırlmasına geniş imkanlar verir. İqtisadi xərclərin təyin edilə bilməsi üçün əvvəlcə sabit və dəyişən cərəyandakı qurğu və avadanlıqların iş rejimlərini, istifadə etdiyi qurğuların xüsusiyyətlərini bilmək vacibdir. Dəyişən cərəyanda elektrik enerjisinin ötürülməsi İstehsal prosesinin sonrakı hissəsinə baxmaq lazımdır. Burada yüksəldici transformator yarımstasniyaların vasitəsi ilə gərginliyin qiyməti məsafəyə görə itkilər nəzərə alınmaqla hesablanmış bir qiymətə qədər yüksəldilərək ötürülür. Tələbatçı tərəfdə isə alçaldıcı transformator yarımstansiyası eyni prosesin əksini həyata keçirir (şəkil 1.1). Sabit cərəyanda istehsal edilən elektrik enerjisi yüksəldildikdən sonra çevirici qurğular vasistəsi ilə sabit cərəyana çevrilir. Sabit cərəyanlı ötürücü xəttinin digər tərəfində qəbul edici məntəqə dayanır. Onun vəzifəsi isə sabit cərəyanı arzu olunan yeni dəyişən cərəyana çevirməkdən ibarətdir.burada isə tranzistorlardan yığılmış inverter blokları dayanır (şəkil 1.2) [3]. Çıxış gərginliyinin həm tezliyi həm də nominal gərginliyi təyin edilərək alçaldıcı transformatorlara həmin dəyişən cərəyan verilir.

Şəkil 1.1. Dəyişən cərəyanlı enerji ötürməsi.
Beləliklə hər iki sxemin vizual olaraq görünüşlərinə nəzər saldıqda görə bilərik ki, onlar arasındakı əsas fərq inverter və konverter bloklarıdır. Yəni ilkin qiymətləndirmədə sabit cərəyan ötürməsinin faktiki olaraq əlavə qurğular tələb etməsini və bu səbəbdən də kapital xərclərinin dəyişən cərəyana nisbətən daha çox olacağını demək mümkündür. Bundan əlavə olaraq həm konverter blokları həm də inverter blokları yarımkeçirici elementlərdən təşkil olduğundan onların xüsusi sərfiyyatı və istilik itkiləri də çoxdur. Bununla da yarımstansiyaların ilkin müqayisəsində sabit cərəyanın dəyişən cərəyana nisbətən əlavə xərclərə səbəb olması və itkilərinin çox olmasını aydın şəkildə ifadə edə bilərik.

Şəkil 1.2. Sabit cərəyanda enerji ötürməsi.

Elektrik veriliş xətlərində sabit və dəyişən cərəyanda müqayisələrinə baxaq. Dəyişən cərəyanda səth effekti hadisələrinə görə naqilin keçiriciliyində məhdudiyyətlər yaranır. Sırf bu səbəbdən eyni en kəsikli naqilin sabit cərəyanda enerji ötürməsi dəyişən cərəyanda enerji ötürməsindən daha çox olur. Digər yandan dəyişən cərəyanda özündə induksiya hadisələrinə görə xətlərin induktiv müqavimətləri uzunluğa görə kəskin artır və bu da xətlərin aktiv güc ötürmə qabiliyyətlərini aşağı salır. Reaktiv güc tələbatının da dəyişən cərəyan şəbəkələrində mövcudluğunu nəzərə alaraq EVX – lər üçün eyni kapital qoyuluşda sabit cərəyanla daha çox enerji ötürməsinin mümkün olmasını deyə bilərik (şəkil 1.3) [3]. Digər məsələ isə taclanma və maqnit induksiyası itkiləridir ki, sabit cərəyanda bu problemlər özünü biruzə vermir [3] (şəkil 1.4).

Şəkil 1.3. Sabit və dəyişən cərəyan ötürməsinin EVX – lər üzrə müqayisəsi.

Şəkil 1.4. Xətlərin məsafəyə itkilərinin müqayisəsi.

Həm yarımstansiyalar həm də xətlərin ümimlikdə texniki və iqtisadi itkilərini nəzərə alsaq şəkil 1.5 – də verildiyimi bir qrafik əldə edəcəyik [5]. Qrafikdən sabit cərəyan əlaqə mexanizminin ilkin xərclərinin yüskək olması görünür. Lakin xətlərin xərclərinin az olması onların məsafəyə görə daha ucuz başa gəlməsini təmin edir. Dəyişən cərəyanda isə çevirici stansiyaların ilkin quraşdırma xərclərinin az olmasına baxmayaraq xətlərin özlərinin xərci məsafəyə görə kəskin artır və bu da müəyyən məsafədən sonra sabit cərəyan əlaqəsinin ümumi xərclərindən çox olmasına gətirib çıxarır. Qrafikdən xərclərin təxmini bərabərləşmə məsafəsinin 500 – 700 km arasında olmasını görə bilərik.

Şəkil 1.5. Sabit və dəyişən cərəyanda enerji
ötürməsinin iqtisadi xərclərinin müqayisədi.

2. Təkliflər: Qrafikdən əldə edilən məlumatlar əsasında deyə bilərik ki, sabit cərəyan əlaqə xətləri 500 ilə 700km – dən uzun elektrik veriliş xətləri üçün daha effektiv sayılır. Azərbaycanın avropa ölkələrinə enerji ötürmə məsafəsinin 2000km – dən çox olmasını nəzərə alaraq sabit cərəyan vasitəsi ilə elektrik enerjisinin verilişinin daha səmərəli olacağını təklif edə bilərik.
3. Nəticə: Yaşıl enerjiyə keçid ənənəvi olaraq yanacağın daşınması ilə təyinat yerlərində enerjinin əldə edilib pylanması məsələlərini geridə qoyur. Belə ki, hansı ərazilərdə alternativ və ya bərpa olunan enerji mənbələrindən elektrik enerjisi əldə etmək sərfəli və potensial imkanları daha çoxdursa həmin ərazilər ani olaraq güc stansiyası fiquruna çevrilir. Belə olan halda deyə bilərik ki, yaxın gələcək üçün elektrik enerjisinin ötürülməsi daha uzaq məsafələr üçün xarakterik olacaqdır. Bu səbəbdən də uzaq məsafələrə enerji ötürülməsinin sabit cərəyanla olması daha məqsədə uyğundur.

  


Полная версия статьи PDF

Номер журнала Вестник науки №5 (86) том 4

  


Ссылка для цитирования:

Zöhrabov A.E., Süleymanlı S.R. SABİT VƏ DƏYİŞƏN CƏRƏYANLA ENERJİ ÖTÜRMƏSİNİN MÜQAYİSƏLİ TEXNİKİ - İQTİSADİ GÖSTƏRİCİLƏRİ // Вестник науки №5 (86) том 4. С. 2391 - 2398. 2025 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/23576 (дата обращения: 17.07.2025 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/23576



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2025.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ 'О противодействии экстремистской деятельности' (далее - Федеральный закон 'О противодействии экстремистской деятельности'), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.