TRANSFORMATOR İZOLYASİYASINA NƏMLİYİN TƏSİRİNİN TƏHLİLİ
Abstract: məqalədə güc transformatorlarının iş müddətinin onların izolyasiya sistemindən asılı olması, və bu sistemin istismar müddətinə diqqət yetirilməsinin aktuallığı araşdırılmışdır. İzolyasiya sisteminin nəmliyi – transformatorların etibarlığına və uzunmüddətli səmərəli işinə təsir edən əsas amillərdən biridir. Nəmliyin artması transformatorun elektroizolyasiya xassələrinə və izolyasiyanın köhnəlmə sürətinə, avadanlığın yüklənmə qabiliyyətinə təsir göstərir. Bu funksional hissənın texniki vəziyyətinin avtomatik idarə texnologiyasının inkişafı və tətbiqi müasir enerji istehsalının aktual məsələsidir. Transformatorun işinin səmərəliliyini və etibarlılığını artırmaq üçün müasir hibrid rəqəmsal həll – Avtomatlaşdırılmış idarəetmə sistemi hazırlanmış və sınaqdan keçirilmişdir. Sistem xidmət personalının iştirakı olmadan 24 saat işləyən transformatorun izolyasiyasına nəzarət etmək və bərpa etmək (qurutmaq) üçün nəzərdə tutulmuşdur. Məqalədə bu sistemin istehsalatda tətbiqinin texniki və iqtisadi əhəmiyyəti göstərilmişdir.
Keywords: transformator, izolyasiya sistemi, isolyasiyanın nəmliyi, köhnəlmə, qurudulma, avtomatik idarəetmə sistemi.
Güc transformatorlarının iş müddəti onun izolyasiya sisteminin istismar müddəti ilə müəyyən edilir, izolyasiyadakı nəmlik yalnız onun dielektrik xüsusiyyətlərini pisləşdirmir, həm də destruktiv kimyəvi proseslər üçün katalizator olur. Transformatoru işdən ayırmadan və personalın iştirakı olmadan izolyasiyanın qurudulmasına imkan verən xüsusi sistemlər hazırlanmışdır. Müasir transformatorlarun çoxu normativ istismar müddətinindən çox işləyir. Transformatorların istismar müddətini təyin edən element selüloz izolyasiyasıdır, avadanlıqların işi və dayanıqlığı onun vəziyyətindən asılıdır. İzolyasiya sisteminin nəmliyi transformatorun istismarının etibarlılığına və səmərəliliyinə təsir edən əsas amillərdəndir.
Texniki vəziyyətinin monitorinqi və avtomatik idarəsi müasir enerji istehsalının aktual vəzifəsidir. Rütubətin transformator izolyasiya sisteminin işinə təsiri. Yeni istehsal olunmuş transformatorun bərk izolyasiyasında adətən təxminən 0,5-0,8% nəmlik olur və onun miqdarı istismar zamanı artır. Transformatorda nəmin əsas mənbəyi qüsurlu mühafizə sistemindən və qüsurlu sıxlıqlardan təzyiqlə nüfuz edən atmosfer rütubətidir. İkinci mənbəyi bərk izolyasiyanın və yağın köhnəlmə prosesidir, burada nəmlik köhnəlmənin məhsullarından biridir.
Su yağda az miqdarda həll olur və onun həll olması yağın temperaturundan və kimyəvi tərkibindən asılıdır. İstismar zamanı transformatorların bərk izolyasiyasının nəmlənməsi suyun yağdan miqrasiyası ilə baş verir. Selüloz izolyasiyada rütubətin doyma qiyməti, yağdan fərqli olaraq, praktiki olaraq temperaturdan asılı deyil və təxminən 17% -dir. Transformatordakı nəmlik izolyasiyanın elektrik möhkəmliyinə və digər dielektrik xassələrinə, o cümlədən qismi boşalmaların yaranmasında başlanğıc gərginliyin azalmasına təsir göstərir. İzolyasiyanın dielektrik xüsusiyyətlərinin pisləşməsi çox vaxt istilik ayrılmasınn artmasına, bu da izolyasiyanın həddindən artıq qızması və istilik deşilməsinə səbəb olur. İzolyasiyada nəmliyin olması hava qabarcıqlarının yaranma temperaturunun azalması səbəbindən transformatorun yüklənmə həddini məhdudlaşdırır. Artan nəmliyin miqdarı istilik köhnəlməsinin sürətinə təsir göstərir, nəmliyi 3% olan izolyasiya nəmliyi 0,3% olan izolyasiyadan 30 dəfə tez köhnələcək, yəni kağızın dağılma sürəti təxminən onun tərkibindəki suyun miqdarına mütənasibdir.
Transformatorun hesablanmış istismar müddəti bərk izolyasiyanın nəmliyindən və onun istismar temperaturundan asılı olacaqdır. 90°C istismar temperaturunda və izolyasiyanın 1% nəmliyində transformatorun hesabi istismar müddəti, eyni işçi temperaturda izolyasiyada nəmlik 3% olduğu hala nisbətən 6 dəfə çox olacaq. Transformator izolyasiyası üçün nəmlik kriteriyalarının təhlili. Nəmliyin əsas kütləsi kağız izolyasiyasında olur, onun elektrik xassələrinə, kimyəvi dayanıqlığına və mexaniki möhkəmliyinə təsir göstərir, ona görə də yağın nəmliyinin analizi və bərk izolyasiyanın nəmliyinin sonrakı qiymətləndirilməsi elektrik avadanlığının vəziyyətini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Yağda nəmlik 20–25 q/t olduqda bərk izolyasiyanın nəmliyi 2,5–4% olur.
Standart tələblərə görə, transformatordan nümunə götürülmüş 60°C-ə qədər qızmış yağın nəmliyi 10 q/t-dan çox olmadıqda, istismar zamanı bərk izolyasiyanın nəmliyini təyin etməyə ehtiyac olmur. Transformator uzun müddət yüksək yük altında işlədikdən sonra yağ nümunələrinin götürülməsi daha etibarlı sayılır. Yeni istismara verilmiş transformatorların və əsaslı təmirdən çıxmış transformatorların bərk izolyasiyasının buraxıla bilən nəmliyi 1%-dən, istismarda olan transformatorlar üçün isə çəkiyə görə 2%-dən çox olmamalıdır. Normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətdə işləmiş əsaslı təmirdən çıxmış transformatorların bərk izolyasiyasında nəmliyin çəkiyə görə 2%, istismarda olan transformatorlarda isə 4% olmasına icazə verilir.
Fiziki vəziyyətinə görə transformatorların bərk izolyasiyasındakı nəmlik monomolekulyar və polimolekulyar adsorbsiya olunana bölünür. Adsorbsiya edilmiş nəmliyin birinci hal (monomolekulyar) onun molekullarının ilk növbədə birbaşa sellüloza molekulları ilə bağlanması ilə və ikinci hal (polimolekulyar) su molekullarının sonrakı təbəqələrinə (monomolekulyardan sonra) aid olan su molekulları ilə əlaqəsi ilə xarakterizə olunur. Bu iki hal arasındakı sərhəd, monomolekulyar təbəqənin yaranmasının tamamlanmasına uyğun çəki ilə təxminən 4% olan orta nəmlik konsentrasiyasına düşür (şək.1). Şək.1. İzolyasiyanın nəmliyinin qabarcıqların yaranma temperaturuna təsiri. Materialda elektrik keçiriciliyini təyin edən monomolekulyar nəmlik və onun tərkibindəki aşqarların ionları polimolekulyar nəmlik ilə müqayisədə enerji baxımından sellüloza ilə daha güclü bağlıdır, ona görə də izolyasiyanın elektrik xassələrinə zəif təsir göstərir.
Təxminən 20°C temperaturda, elektrik xassələri - elektrik keçiriciliyi və dielektrik itki bucağının tangensinin - nəmlikdən asılılıq əyrisi, izolyasiyanın nəmliyi 3-4% olduqda, yəni nəmliyin polimolekulyar təbəqələri yarananda sürətlə artmağa başlayır. İzolyasiyanın temperaturu 60°C -yə yaxın olduqda, bu xassələrin nəmlikdən asılılığı hətta 1% nəmlikdə belə kəskin olur olur. Buna əsaslanaraq, bərk izolyasiyanın maksimal nəmliyinin 4% -dən çox artması, adsorbsiya edilmiş nəmliyin bir qatlı adsorbsiyadan çox qatlı adsorbsiyaya kütləvi keçidinə və izolyasiyanın dielektrik xassələrinin çox pisləşməsinə uyğun gəlir, bu da həmçinin yağ-baryer izolyasiyasının elektrik möhkəmliyinin azalması ilə əlaqədardır. Transformator izolyasiyasında nəmliyin mənfi təsiri yük cərəyanlarının təsiri ilə dolaqlarda ayrılan ifrat istilik nəticəsində izolyasiyadan yağa buraxılan qaz və buxar qabarcıqlarının yaranması ilə əlaqələndirilir. Mənfi təsir, qalıq və nəm izolyasiyada selüloz lifləri daxilində adsorbsiya edilmiş halda olmasıdır.
Yüklənmiş transformatorda izolyasiyanın qızması səbəbindən nəmlik qismən liflərin mikrokapilyarlarına desorbsiya edilir (xüsusilə transformator çox yüklənərsə), onlarda təzyiqi atmosfer təzyiqi ilə müqayisə edilə bilən buxar əmələ gətirir. Qabarcıqların yaranmağa başladığı temperatur izolyasiyadakı nəmlikdən asılıdır, bu halda çox quru izolyasiya üçün temperaturu 200°C-dən çox, olan həddindən artıq nəm izolyasiya üçün 100°C-dən az olur. Su buxarı ilə yanaşı, izolyasiya adsorbsiya edilmiş qaz qabarcıqları (hava və ya azot) buraxa bilər. Bu, əlavə olaraq, qabarcıqların buraxıla bilən temperaturunu 60°C-ə qədər azaldır.Transformatorlarda normal qurudulma şəraitinə uyğun gələn qalıq nəmlik (1%-ə qədər), qabarcıqların buraxma temperaturu 130 – 150 °C-dir.
Qabarcıqların yaranması, yağ-baryer izolyasiyasının yağ aralığının elektrik möhkəmliyinin azalmasına təsir göstərir (dolaqların sarğıları arasında və ya dolaq və ən yaxın baryer arasında). Qaz emissiyasının, yəni «qabarcıq effektinin» yaranmasının qarşısını almaq üçün CIGRE (Conseil International des Grands Réseaux Electriques – Yüksək gərginlikli böyük elektrik sistemlər üzrə Beynəlxalq Şura) və İEK (International Electrotechnical Commission – Beynəlxalq Elektrotexnika komissiyası) transformatorların istismarında izolyasiyanın nəmliyinin 2%-dən çox olmayan səviyyədə saxlamağı tövsiyə edir ki, bu öz növbəsində daxili qısaqapanma risklərini azaldır. Tədqiqatlara əsasən, yüksək yük şəraitində işləyən və izolyasiyanın nəmliyi 2,5 - 3% olan normadan artıq xidmət müddətli transformatorlar əlavə nəzarət və izolyasiyasının etibarlılığını artırmaq üçün həllərin axtarışını tələb edir. Transformator avadanlığının izolyasiya vəziyyəti üçün müasir avtomatik idarəetmə sistemi.
Transformatorun işinin səmərəliyini və etibarlılığını artırmaq üçün müasir hibrid rəqəmsal həll – Avtomatlaşdırılmış idarəetmə sistemi (Automatic online drying system «transec») (İngiliscə Transformer security – transformatorun təhlükəsizliyi) hazırlanmışdır. Sistem xidmət personalının iştirakı olmadan 24 saat işləyən transformatorun izolyasiyasına nəzarət və bərpa etmək (qurutmaq) üçün nəzərdə tutulub (şək.2). Şək.2. Avtomatlaşdırılmış idarəetmə sisteminin (AUTOMATIC ONLINE DRYING SYSTEM «TRANSEC») ümumi görünüşü və əsas komponentləri. 1 – çərçivə, 2 - giriş kürəvi kran, 3 - nasos, 4 - girişdə yağın nəmlik və temperatur qeydedicisi, 5 - ilkin ön yağ filtri (10 mikron), 6 - birləşdirici boru kəmərləri, 7 – adsorbsiya çənləri, 8 - girişdə nümunə götürmə kranları, 9 - 1 və 2-ci çənlər arasında hava keçirən kran, 10 - incə filtr (3 mikron), 11 - çıxışda yağın nəmlik və temperatur qeydedicisi, 12 - deaerator, 13 - deaeratorun hava keçirən kranı,14 - çıxışda nümunə götürmə kranı, 15 - axın göstəricisi, 16 - çıxış kürəvi kran,17 – monitorinq və idarəetmə blokunun şkafı, 18 - axın sayğacı, 19 – üzən səviyyə qeydedicisi, 20 - altlıq, 21, 22 - axın tipli ARG monitorinq sistemləri üçün qoşulma. Transec sisteminin tərkibinə molekulyar ələklərlə doldurulmuş xüsusi hazırlanmış adsorbsiya çənləri (üç silindrdən ibarət dəst 12 litrə qədər suyun çıxarılmasına imkan verir), həmçinin izolyasiya vəziyyətinə nəzarət sistemi və sistem modullarının iş rejimlərinin avtomatik idarə edilməsi sistemi daxildir.
Bundan əlavə, TRANSEC -də yağda həll olunan diaqnostik qazların analizi üçün sistemlərin birləşmə nöqtələri vardır. TRANSEC avtomatlaşdırılmış idarəetmə sistemində özünüdiaqnostika sisteminin olması texnologiyanın tam avtomatik rejimdə işləməsinə imkan verir. Bu texnologiya yumşaq üsullarla (yüksək temperaturun və vakuumun mənfi təsiri olmadan) transformator izolyasiyasının emalını təmin edir. Sistem xüsusilə 25 il və ya daha çox xidmət müddəti olan 110 kV və daha yüksək gərginlikli yağla doldurulmuş (yağın mühafizə üsulundan asılı olmayaraq) güc transformatorlarında (avtotransformatorlarda, reaktorlarda) istifadə üçün tövsiyə olunur ki, bu da onların fiziki aşınmasını və nasazlıq risklərinin azaldır.
TRANSEC böyük istehsal müəssisələrində uğurla sınaqdan keçirilmişdir (cədvəl 1). Cədvəl 1. TRANSEC rəqəmsal texnologiyasının istismarda tətbiqinin nəticələri. Hibrid avtomatik monitorinq texnologiyalarından istifadə edərək istismar və texniki xidmət həmçinin təmir sistemində işlərin payının artırılması və yük altında transformator izolyasiyasının bərpası aşağıdakılara kömək edəcəkdir: Transformatorların texniki parametrlərinin saxlanması/təkmilləşdirilməsi, onların fiziki aşınma sürətinin azaldılması, elektrik təchizatı mərkəzlərində istismar müddəti normadan artıq olan transformatorların yükdaşıma qabiliyyətinin təmini, İstehlakçıların etibarlı enerji təchizatının təmin edilməsi, İstismar xərclərinin azaldılması, Avadanlıqlara xidmət göstərən işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılması, Transformator izolyasiyasının təmizlənməsi üzrə təmir işlərinin aparılması, digər avadanlıqların standart vəziyyətinin saxlanılması üzrə tədbirlərin görülməsi üçün nəzərdə tutulmuş vəsaitlərin yenidən bölüşdürülməsi, risk yönümlü aktivlərin idarə edilməsi modelinin inkişafı üçün şərait yaradılması.
Nəticələr. Araşdırmalardan məlum olur ki, transformator izolyasiyasındakı nəmlik onun etibarlılığına və xidmət müddətinə təsir edən mühüm amildir. Nəmliyin artması transformatorun elektroizolyasiya xassələrinə və izolyasiyanın köhnəlmə sürətinə və avadanlığın yüklənmə qabiliyyətinə təsir göstərir. Transformator izolyasiyasının monitorinqi və bərpası üçün müasir hibrid rəqəmsal sistem - ACS SITO TRANSEC təklif olunur.
Bu sistem texniki xidmət və təmir işlərinin təşkili zamanı istismar xərclərini optimallaşdırmağa, eləcə də mövcud elektrik qurğularında insan əməyinin azaltmağa imkan verir.
Полная версия статьи PDF
Номер журнала «Вестник науки» № 1 (94) том 4
Ссылка для цитирования:
TRANSFORMATOR İZOLYASİYASINA NƏMLİYİN TƏSİRİNİN TƏHLİLİ // Журнал «Вестник науки» от 25 января 2026 г. № 1 (94) том 4. С. 1502 - 1511. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/28624 (дата обращения: 29.11.2026 г.)
Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/28624
Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com
