Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 15 марта 2026 г.
  4. Научная статья № 66
Просмотры  8 просмотров

BYD SONG PLUS EV TİPLİ ELEKTROMOBİLIN İDARƏETMƏ DÖVRƏSİNİN IŞ REJİMLƏRİNİN ARAŞDIRILMASI

Abstract: məqalədə, müasir elektromobillərdə tətbiq olunan idarəetmə sistemlərinin strukturu, iş prinsipləri kompleks şəkildə araşdırılmışdır. Tədqiqat obyekti kimi BYD Song Plus EV modeli seçilmişdir. Elektromobil sənayesində, tətbiq olunan qabaqcıl enerji idarəetmə, mühərrik nəzarət texnologiyalarını özündə birləşdirir. Elektromobilin idarəetmə dövrəsinin quruluşu, əsas iş rejimləri, enerji idarəetmə arxitekturası, mühərrik nəzarət üsulları, sensor sistemlərinin qarşılıqlı fəaliyyəti sistemli yanaşma əsasında təhlil edilmişdir. Xüsusilə yüksək gərginlikli batareya paketi, batareya idarəetmə sistemi (BMS), güc elektronika modulu (inverter), Motor Control Unit (MCU) maqnitli sinxron mühərrik (PMSM) arasında informasiya və enerji axınının qarşılıqlı əlaqəsi mərhələli şəkildə izah olunmuşdur.

Keywords: elektromobil, BYD Song Plus EV, FOC, PWM, maqnitli sinxron mühərrik, enerji optimallaşdırılması, idarəetmə dövrəsi, batareya idarəetmə sistemi, invertor, elektrik mühərriki.

Qlobal miqyasda ekoloji problemlərin artması, karbon emissiyalarının azaldılması tələbləri, enerji resurslarının məhdudluğu, elektromobil sənayesinin sürətli inkişafına təkan vermişdir. Elektromobillər daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yüksək enerji səmərəliliyi, aşağı istismar xərcləri və minimal emissiya göstəriciləri ilə seçilir, bu baximdan elektromobillər enerji səmərəliliyi, həmçinin ekoloji təhlükəsizlik baxımından nəqliyyat sektorunda mühüm rol oynayır. Daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə. elektromobillər daha az enerji itkisinə malikdir. Ətraf mühitə zərərli qazlar buraxmır. Elektromobillərin bu üstünlükləri, onların mürəkkəb və ağıllı idarəetmə dövrələri hesabına təmin edilir [1, 3].

BYD şirkəti isə elektromobil istehsalında qabaqcıl texnologiyalardan istifadə edən aparıcı istehsalçılardan biridir. Song Plus EV modeli müasir idarəetmə sistemləri ilə təchiz olunmuşdur. Bu baxımdan tədqiqat üçün aktual hesab olunur. BYD Song Plus EV elektromobilinin idarəetmə dövrəsinin ümumi quruluşu.

Bu elektromobilin idarəetmə dövrəsi, bütün enerji və elektron komponentlərin əlaqəli şəkildə işləməsini təmin edir. Bu dövrə aşağıdakı əsas hissələrdən ibarətdir: Yüksək gərginlikli litium-ion batareya bloku, Batareya idarəetmə sistemi (BMS), İnvertor, Elektrik mühərriki, Avtomobilin mərkəzi idarəetmə bloku (VCU), Sensorlar və qoruyucu elementlər. Bu komponentlər arasında enerji və informasiya mübadiləsi real vaxt rejimində həyata keçirilir [2,4,5]. Batareya idarəetmə sistemi (BMS), hər bir hüceyrənin gərginliyini, temperaturunu və balansını nəzarətdə saxlayır.

BMS olmasa, elektromobilin təhlükəsiz və uzunömürlü işləməsi mümkün deyildir. BMS-in funksional sxemi. Hüceyrələrin ölçülməsi → Analiz → Qoruma → Balanslaşdırma. Bu sistem: Həddindən artıq doldurmanı və boşalmanı məhdudlaşdırır.

Hüceyrələrarası balanslaşdırmanı təmin edir. Temperatur artımı zamanı güc məhdudiyyəti tətbiq edir. Elektromobilin idarəetmə dövrəsinin blok sxemi (sxematik təsvir). Batareya → BMS → İnvertor → Elektrik mühərriki → Təkərlər. ↑.

VCU və sensorlar. Sxemdən göründüyü kimi, enerji axını batareyadan mühərrikə doğru yönəlir, idarəetmə və nəzarət isə VCU (Avtomobilin Mərkəzi İdarəetmə Bloku) və sensorlar vasitəsilə aparılır. Güc elektronika modulu (Inverter)- İnverter batareyadan gələn sabit cərəyanı dəyişən cərəyana çevirərək mühərrikə ötürür. Bu çevrilmə də, PWM siqnalları vasitəsilə həyata keçirilir.

Güc tranzistorlarının yüksək tezlikli açılıb-bağlanması nəticəsində mühərrik üçün tələb olunan üçfazalı AC gərginlik formalaşır [6]. Elektrik mühərriki (MCU) - Müasir elektromobillərdə əsasən daimi maqnitli sinxron mühərriklər (PMSM) tətbiq olunur. Bu mühərriklər aşağıdakı parametrlərlə xarakterizə olunur: Yüksək səmərəlilik, Ani tork istehsalı, kompakt ölçü, aşağı istilik itkisi.Motor Control Unit (MCU) mühərrikin idarə olunmasını təmin edən mərkəzi blokdur. O, sensorlardan daxil olan məlumatları emal edərək inverterə siqnallar göndərir.

Elektromobil idarəetmə dövrəsinin iyerarxik strukturu dedikdə elektromobil idarəetmə sistemi adətən üç səviyyədə fəaliyyət göstərir: Aşağı səviyyə idarəetmə - Bu mərhələdə mühərrik cərəyanlarının ölçülməsi, PWM impulslarının generasiyası. FOC alqoritminin icrası həyata keçirilir. Hesablama prosesləri mikroprosessor və ya DSP vasitəsilə yüksək sürətlə yerinə yetirilir. Orta səviyyə idarəetmə- sürət və tork xəritələri tətbiq olunur.

Sürücünün qaz pedalına təsiri mühərrik torkuna çevrilir. Rekuperativ əyləcləmə zamanı mənfi tork yaradılaraq enerji yenidən batareyaya ötürülür [2]. Əyləcləmə zamanı, elektrik mühərriki generator rejimində işləyir. Bu zaman, mexaniki enerji elektrik enerjisinə çevrilərək batareyaya geri ötürülür. Regenerativ əyləcləmə elektro mobillərdə enerji səmərəliliyini artırır və batareyanın doldurulmasına kömək edir.

Yuxarı səviyyə idarəetmə- bu mərhələdə enerji idarəetməsi, batareya qoruma strategiyaları həmçinin təhlükəsizlik mexanizmləri də tətbiq olunur. Burada avtomobilin ümumi loqikasını formalaşdırır. Sürətli sürətlənmə və ya dik yoxuşlarda hərəkət zamanı mühərrik daha yüksək güc tələb edir. Bu rejimdə idarəetmə dövrəsi batareyanın və mühərrikin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün cərəyan və temperaturu ciddi nəzarətdə saxlayır.

Təhlükəsizlik və qoruma rejimi- Hər hansı fövqəladə hal, yəni qısaqapanma, yüksək temperatur, gərginlik artımı aşkar edildikdə idarəetmə dövrəsi avtomatik olaraq gücü azaldır, sistemi təhlükəsiz rejimə keçirir. Bu rejim elektromobilin və sərnişinlərin təhlükəsizliyini təmin edir. Mühərrik idarəetmə üsulları bir neçə şaxələnir. Sahə yönümlü idarəetmə (FOC), PWM texnologiyası, Sensor sistemləri.

Sahə yönümlü idarəetmə (FOC)- FOC metodu üçfazalı cərəyanları iki oxlu (d-q) koordinat sisteminə çevirərək maqnit axını və torku ayrı-ayrılıqda idarə etməyə imkan verir. Bu üsul yüksək dəqiqlik, həmçini sabitlik təmin edir. FOC aşağı sürətlərdə belə stabil tork istehsalına imkan yaradır və regenerativ əyləcləmə ilə uyğun işləyir. PWM texnologiyası- PWM inverter tranzistorlarının açılıb-bağlanma müddətini dəyişdirərək, effektiv gərginlik yaradır.

Bu metod həm enerjinin dəqiq idarə olunmasına, həm də itkilərin azaldılmasına şərait yaradır [9]. Sensor sistemləri- İdarəetmə sistemində istifadə olunan əsas sensorlar bunlardır: Rotor mövqeyi sensorları, Cərəyan sensorları, Temperatur sensorları, Batareya hüceyrə gərginlik sensorları. Bu sensorlardan daxil olan məlumatlar real vaxt rejimində MCU tərəfindən emal olunur və sistemin təhlükəsiz işləməsini təmin edir [7,8]. Batareya idarəetmə sisteminin (BMS) rolu.

Batareya idarəetmə sistemi elektromobilin ən vacib hissələrindən biridir. BMS batareya hüceyrələrinin gərginliklərini balanslaşdırır, temperaturu nəzarətdə saxlayır və batareyanın istismar müddətini uzadır. BYD Song Plus EV modelində istifadə olunan BMS sistemi yüksək dəqiqlikli ölçmələr apararaq batareyanın təhlükəsiz işləməsini təmin edir. Tədqiqat çərçivəsində elektromobilin müxtəlif iş rejimləri – hərəkətə başlama, sabit sürət, sürətlənmə, maksimal güc rejimi və regenerativ əyləcləmə – ayrı ayrılıqda qiymətləndirilmişdir.

Bu rejimlərdə enerji axınının istiqaməti, cərəyan və gərginlik dəyişmələri, həm də idarəetmə alqoritmlərinin davranışı analiz edilmişdir. Müəyyən edilmişdir ki, sürətlənmə zamanı torkun optimal paylanması, əyləcləmə zamanı isə enerji bərpasının effektivliyi idarəetmə sisteminin keyfiyyətindən birbaşa asılıdır. Xüsusilə sahə yönümlü idarəetmə (FOC) və genişlik modulyasiyalı impuls idarəetməsi (PWM) metodlarının tətbiqi mühərrikin maqnit axını və tork komponentlərinin müstəqil idarəsinə imkan verərək yüksək səmərəlilik və stabil iş rejimi təmin edir. FOC alqoritmi aşağı sürətlərdə, dəqiq tork nəzarəti, vibrasiyasız işləmə üstünlüyü yaradır, PWM isə inverterin güc tranzistorlarının optimal keçid rejimlərini formalaşdıraraq enerji itkilərini minimuma endirir.

Həmçinin, rotor mövqeyi, temperatur, faza cərəyanı, batareya hüceyrə gərginliyi sensorlarından daxil olan məlumatların real vaxt rejimində emalı idarəetmə sisteminin adaptivliyini və təhlükəsizliyini artırır. Çoxsəviyyəli idarəetmə arxitekturası sayəsində sistem aşağı, orta və yuxarı səviyyədə koordinasiyalı şəkildə fəaliyyət göstərir, elektromobilin dinamik göstəricilərinə, enerji sərfiyyatına və istismar müddətinə müsbət təsir edir. Araşdırmalardan müəyyən edilmişdir ki, inteqrasiya olunmuş idarəetmə strukturu elektromobil performansının əsas müəyyənedicisidir və enerji optimallaşdırılması, batareya təhlükəsizliyi, sürmə komfortu baxımından həlledici rol oynayır. Müasir elektromobillərdə tətbiq olunan rəqəmsal idarəetmə sistemləri nəqliyyat vasitələrinin texniki inkişafında strateji əhəmiyyət kəsb edir. NƏTİCƏ.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, BYD Song Plus EV elektromobilinin idarəetmə dövrəsi mürəkkəb və intellektual quruluşa malikdir. BYD Song Plus EV modelində tətbiq olunan idarəetmə sistemi çoxsəviyyəli və yüksək səmərəli arxitekturaya malikdir. FOC, PWM metodlarının tətbiqi mühərrikin optimallaşdırılmış iş rejimini təmin edir. Sensor sistemləri, BMS təhlükəsizliyi artırır və batareyanın istismar müddətini uzadır.

Bu yanaşma müasir elektromobil sənayesində əsas texnoloji istiqamət hesab olunur. Müxtəlif iş rejimləri elektromobilin həm enerji baxımından, səmərəli, həm də təhlükəsiz işləməsini təmin edir. Bu idarəetmə sistemləri yeni dövrün elektromobillərin inkişafında əsas rol oynayır.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 3 (96) том 3


Ссылка для цитирования:

Tacəddinov O.R. BYD SONG PLUS EV TİPLİ ELEKTROMOBİLIN İDARƏETMƏ DÖVRƏSİNİN IŞ REJİMLƏRİNİN ARAŞDIRILMASI // Журнал «Вестник науки» от 15 марта 2026 г. № 3 (96) том 3. С. 640 - 645. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/29336 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/29336



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2026.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.