AZƏRBAYCAN–MACARISTAN ENERJI DƏHLIZI ÜZRƏ ELEKTRIK ÖTÜRMƏSININ TEXNIKI QIYMƏTLƏNDIRILMƏSI
Abstract: məqalədə Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında perspektiv elektrik enerji tranzitinin texniki əsasları araşdırılmışdır. Azərbaycan Respublikasının artan bərpa olunan enerji potensialı və Avropa enerji bazarının şaxələndirilmiş idxal ehtiyacı nəzərə alınaraq uzunməsafəli elektrik ötürməsinin mümkün variantları təhlil edilmişdir. Yüksək gərginlikli alternativ cərəyan (HVAC) və yüksək gərginlikli sabit cərəyan (HVDC) sistemlərinin müqayisəli qiymətləndirilməsi aparılmışdır. Göstərilmişdir ki, böyük məsafələrdə və müxtəlif enerji sistemlərinin inteqrasiyası şəraitində HVDC texnologiyası itkilərin azaldılması və sistem sabitliyinin təmin olunması baxımından daha məqsədəuyğundur. Tədqiqat nəticələri regional enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl enerji ixracının genişləndirilməsi üçün texniki əsas formalaşdırır.
Keywords: elektrik enerjisinin tranzit ötürülməsi, yüksək gərginlikli sabit cərəyan, enerji dəhlizi, sistem sabitliyi, yaşıl enerji.
https://doi.org/10.24412/2712-8849-2026-497-1023-1030
1. Giriş. Qlobal enerji sistemində son onilliklərdə baş verən struktur dəyişiklikləri elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində yeni texnoloji və institusional yanaşmaların formalaşmasına səbəb olmuşdur. COP- Bakı iqlim sazişi çərçivəsində karbon emissiyalarının azaldılması öhdəlikləri və bərpa olunan enerji mənbələrinin sürətli inkişafı elektrik sistemlərinin daha çevik və inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan regional enerji bazarlarının qarşılıqlı əlaqəsi və uzunməsafəli ötürmə infrastrukturlarının yaradılması strateji əhəmiyyət kəsb edir [1–3]. Azərbaycan Respublikası ənənəvi enerji resursları ilə yanaşı, əhəmiyyətli bərpa olunan enerji potensialına malikdir. Respublikanızda külək enerjisinin texniki potensialı yüksək olub, 3000mW səviyyəsində qiymətləndirilir və bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir. Nəzərə alsaq ki, il ərzində günəşli günlərin sayı ölkəmiz ərazisində təxminən 300 və daha çoxdur, odur ki, Günəş enerjisi sahəsində də generasiya gücünün artırılması istiqamətində investisiya layihələri icra olunur. Bu amillər Azərbaycanın elektrik enerjisi ixrac imkanlarını genişləndirir və yeni tranzit marşrutlarının formalaşdırılmasını aktuallaşdırır [4,5]. Avropa regionunda isə enerji təhlükəsizliyinin gücləndirilməsi və idxal mənbələrinin diversifikasiyası prioritet istiqamətlərdən biridir. Xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri alternativ enerji təchizat kanallarının yaradılmasına maraq göstərirlər. Macarıstan Respublikası elektrik enerjisi balansında idxalın müəyyən paya malik olduğu ölkələrdən biri kimi yeni enerji dəhlizlərinin formalaşdırılmasında maraqlıdır. Bu baxımdan Cənubi Qafqaz regionundan Avropaya elektrik enerjisinin ötürülməsi perspektivli istiqamət kimi qiymətləndirilə bilər [6,7]. Azərbaycan–Gürcüstan–Qara dəniz–Rumıniya–Macarıstan marşrutu üzrə nəzərdə tutulan elektrik ötürmə xətti Xəzər regionunun enerji potensialının Avropa enerji sisteminə inteqrasiyasını təmin edə biləcək layihələrdən biri hesab olunur. Belə inteqrasiya zamanı müxtəlif enerji sistemlərinin texniki uyğunluğu, sinxronizasiya məsələləri, ötürmə zamanı enerji itkiləri və gərginlik sabitliyi kimi amillər əsas rol oynayır. Uzunməsafəli ötürmədə texniki səmərəliliyin təmin edilməsi üçün ötürmə texnologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət daşıyır [8]. Hazırda uzun məsafəli elektrik ötürülməsi üçün iki əsas texnologiya tətbiq olunur: yüksək gərginlikli alternativ cərəyan (HVAC) və yüksək gərginlikli sabit cərəyan (HVDC). Ənənəvi HVAC sistemləri geniş tətbiq sahəsinə malik olsa da, məsafə artdıqca reaktiv güc kompensasiyası, sabitlik və itkilərin artması kimi problemlər yaranır. HVDC texnologiyası isə uzun məsafələrdə aşağı itkilər, asinxron sistemlərin birləşdirilməsi imkanı və daha yüksək ötürmə qabiliyyəti kimi üstünlüklərə malikdir [9–11]. Buna görə də beynəlxalq enerji dəhlizlərinin layihələndirilməsi zamanı HVDC sistemləri daha çox nəzərdən keçirilir. Mövzunun aktuallığı həm regional enerji təhlükəsizliyi, həm də bərpa olunan enerji mənbələrinin ixrac potensialının artırılması ilə bağlıdır. Azərbaycan ilə Macarıstan arasında perspektiv elektrik tranziti yalnız iqtisadi baxımdan deyil, həm də texniki baxımdan əsaslandırılmış qərarların qəbul edilməsini tələb edir. Bu məqalənin məqsədi Azərbaycan–Macarıstan enerji dəhlizi üzrə elektrik ötürülməsinin texniki xüsusiyyətlərini təhlil etmək, mümkün ötürmə texnologiyalarını müqayisəli şəkildə qiymətləndirmək və layihənin inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Tədqiqat çərçivəsində uzunməsafəli ötürmənin əsas texniki problemləri nəzərdən keçirilir və enerji təhlükəsizliyi aspektləri təhlil olunur. 2. Tədqiqatın metodologiyası. Azərbaycan–Macarıstan enerji dəhlizi üzrə perspektiv elektrik ötürməsinin texniki qiymətləndirilməsi sistem yanaşması əsasında aparılmışdır. Tədqiqat çərçivəsində nəzərdə tutulan marşrut – Azərbaycan–Gürcüstan–Qara dəniz–Rumıniya–Macarıstan istiqaməti – vahid ötürmə sistemi kimi qəbul edilmiş və onun əsas texniki parametrləri təhlil edilmişdir. Marşrutun ümumi uzunluğu təqribən 1100–1300 km intervalında qiymətləndirilmiş, quru və sualtı seqmentlər nəzərə alınmışdır. Təhlil zamanı uzunməsafəli ötürmə üçün tətbiq edilə bilən iki əsas texnologiya – yüksək gərginlikli alternativ cərəyan (HVAC) və yüksək gərginlikli sabit cərəyan (HVDC) sistemləri – müqayisəli şəkildə qiymətləndirilmişdir. Müqayisə aktiv güc itkiləri, reaktiv güc tələbi, gərginlik sabitliyi və müxtəlif enerji sistemlərinin inteqrasiyası imkanları kimi əsas meyarlar üzrə aparılmışdır. Elektrik ötürmə xəttində aktiv güc itkilərinin ilkin qiymətləndirilməsi üçün klassik ifadədən istifadə edilmişdir: ?????=?2?. burada I– ötürmə xəttində cərəyan, R isə xəttin aktiv müqavimətidir. Ötürülən güc ilə gərginlik arasında əlaqə isə aşağıdakı kimi qəbul edilmişdir: ?=??. Bu ifadələr əsasında cərəyanın gərginlikdən asılılığı nəzərə alınaraq müxtəlif gərginlik səviyyələri üçün nisbi itkilər qiymətləndirilmişdir. Hesablamalarda 400 kV-luq alternativ cərəyan sistemi və ±500 kV-luq sabit cərəyan sistemi üçün tipik parametrlər qəbul edilmişdir. HVAC sistemində uzun məsafə üzrə reaktiv güc axınlarının və gərginlik düşümünün artması nəzərə alınmışdır. HVDC sistemində isə reaktiv güc ötürülməsinin olmaması, dəri effektinin azalması və asinxron sistemlərin birləşdirilməsi üstünlük kimi qiymətləndirilmişdir. Eyni zamanda, HVDC sistemində konvertor yarımstansiyalarında yaranan əlavə itkilər (təqribən 1–1,5%) ümumi səmərəlilik hesablamalarına daxil edilmişdir. Hesablama zamanı ötürmə gücü 1000–1500 MW intervalında qəbul edilmiş, xəttin aktiv müqaviməti isə uzunməsafəli ötürmə xətləri üçün normativ göstəricilərə uyğun götürülmüşdür. İtkilər faizlə ifadə olunaraq texnologiyalar arasında müqayisəli təhlil aparılmışdır. Bundan əlavə, layihənin enerji təhlükəsizliyi baxımından əhəmiyyəti keyfiyyət göstəriciləri əsasında qiymətləndirilmişdir. Enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerji ixrac potensialının artması və regional enerji sistemlərinin qarşılıqlı ehtiyat imkanları nəzərə alınmışdır. Beləliklə, tətbiq olunan metodologiya uzunməsafəli elektrik ötürməsinin texniki səmərəliliyini və perspektivliyini həm kəmiyyət, həm də keyfiyyət baxımından qiymətləndirməyə imkan vermişdir. 3. Hesablama nəticələri. Aparılmış hesablamalar nəticəsində uzunməsafəli ötürmə üçün HVAC və HVDC sistemlərinin texniki göstəriciləri müqayisəli şəkildə təhlil edilmişdir. Hesablamalarda ötürmə gücü 1200 MW, ümumi məsafə 1200 km və normativ xətt parametrləri qəbul edilmişdir. Əvvəlcə 400 kV-luq HVAC sistemi üçün cərəyan qiyməti aşağıdakı ifadə ilə müəyyən edilmişdir: ?=??. burada P=1200 MW və U=400 kV qəbul edildikdə, xətt üzrə cərəyanın yüksək qiymət aldığı müəyyən edilmişdir. Cərəyanın artması isə ?????=?2? ifadəsinə uyğun olaraq aktiv güc itkilərinin kvadrat asılılıqla artmasına səbəb olur. Bundan əlavə, uzun məsafədə reaktiv güc axınlarının yaranması və kompensasiya qurğularının tələb olunması ümumi sistem səmərəliliyini azaldır. ±500 kV-luq HVDC sistemi üçün isə eyni güc səviyyəsində xətt üzrə cərəyan daha aşağı olmuşdur. Sabit cərəyanlı ötürmə zamanı reaktiv güc ötürülmədiyindən xətt parametrləri daha stabil xarakter alır. Konvertor yarımstansiyalarında əlavə itkilər (təqribən 1–1,5% hər bir stansiya üçün) nəzərə alınsa belə, ümumi səmərəlilik göstəriciləri daha əlverişli olmuşdur. Hesablama nəticələrinin ümumiləşdirilmiş göstəriciləri Cədvəl 1-də təqdim edilmişdir. Cədvəl 1. HVAC və HVDC sistemlərinin müqayisəli texniki göstəriciləri. Cədvəl 1-dən göründüyü kimi, uzun məsafədə HVDC sistemində ümumi enerji itkiləri HVAC sistemi ilə müqayisədə 3–4% daha aşağı olmuşdur. 1200 MW güc üçün bu fərq illik ötürülən enerji həcmində nəzərəçarpacaq qənaət yarada bilər. Enerji itkilərinin məsafədən asılılığını vizual şəkildə göstərmək üçün Şəkil 1-də nisbi itkilərin dəyişmə qrafiki təqdim edilmişdir. Şəkil 1. Ötürmə məsafəsindən asılı olaraq enerji itkilərinin dəyişməsi. Şəkil 1-dən göründüyü kimi, məsafə artdıqca HVAC sistemində itkilərin artım tempi daha yüksəkdir, halbuki HVDC sistemində artım daha sabit xarakter daşıyır. 1200 km məsafədə iki texnologiya arasında fərq təxminən 4% təşkil edir ki, bu da böyük ötürmə gücləri üçün əhəmiyyətli enerji qənaəti deməkdir. Bundan əlavə, sistem sabitliyi baxımından HVDC texnologiyası tranzit rejimində güc axınının operativ tənzimlənməsinə imkan verir. Bu xüsusiyyət müxtəlif enerji sistemlərinin inteqrasiyası zamanı qəfil yüklənmə dəyişmələrinə qarşı davamlılığı artırır. Azərbaycan və ENTSO-E zonası kimi fərqli sistemlərin birləşdirilməsi baxımından bu amil xüsusi əhəmiyyət kəsb edir. Texniki nəticələr göstərir ki, ilkin investisiya baxımından HVDC sistemləri daha yüksək kapital qoyuluşu tələb etsə də, uzunməsafəli və böyük güclü tranzit layihələri üçün istismar mərhələsində daha səmərəli və sabit həll yolu təqdim edir. Beləliklə, aparılmış təhlil Azərbaycan–Macarıstan enerji dəhlizi kimi 1000 km-dən artıq məsafəni əhatə edən layihələr üçün HVDC texnologiyasının texniki baxımdan daha optimal seçim olduğunu göstərir. Nəticə. Aparılmış təhlil göstərir ki, Azərbaycan–Macarıstan enerji dəhlizi üzrə perspektiv elektrik ötürmə layihəsi texniki baxımdan həyata keçirilə bilən və regional enerji əməkdaşlığını gücləndirə biləcək təşəbbüsdür. Uzunməsafəli ötürmə şəraitində enerji itkilərinin səviyyəsi, sistem sabitliyi və müxtəlif enerji sistemlərinin inteqrasiyası kimi amillər ötürmə texnologiyasının seçilməsində həlledici rol oynayır. Hesablama nəticələri göstərmişdir ki, 1000 km-dən artıq məsafədə yüksək gərginlikli sabit cərəyan (HVDC) sistemi alternativ cərəyanlı (HVAC) sistemlə müqayisədə daha aşağı nisbi enerji itkiləri və daha yüksək sabitlik təmin edir. Reaktiv güc axınlarının olmaması və asinxron enerji sistemlərinin birləşdirilməsi imkanı HVDC texnologiyasını beynəlxalq tranzit layihələri üçün daha məqsədəuyğun həll yolu kimi xarakterizə edir. Eyni zamanda qeyd edilməlidir ki, HVDC sistemləri ilkin kapital qoyuluşu baxımından daha yüksək investisiya tələb etsə də, uzunmüddətli istismar mərhələsində enerji qənaəti və sistem etibarlılığı baxımından üstünlük təmin edə bilər. Bu amil böyük ötürmə gücləri və uzun məsafələr üçün xüsusilə əhəmiyyətlidir. Beləliklə, Azərbaycan–Macarıstan enerji dəhlizi Xəzər regionunun bərpa olunan enerji potensialının Avropa enerji sisteminə inteqrasiyası üçün real perspektiv yaradır. Layihə həm texniki, həm də enerji təhlükəsizliyi baxımından əsaslandırılmış hesab oluna bilər və regional enerji bazarlarının qarşılıqlı əlaqəsinin inkişafına töhfə verə bilər.
Полная версия статьи PDF
Номер журнала «Вестник науки» № 4 (97) том 1
Ссылка для цитирования:
AZƏRBAYCAN–MACARISTAN ENERJI DƏHLIZI ÜZRƏ ELEKTRIK ÖTÜRMƏSININ TEXNIKI QIYMƏTLƏNDIRILMƏSI // Журнал «Вестник науки» от 5 апреля 2026 г. № 4 (97) том 1. С. 1023 - 1030. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/29625 (дата обращения: 29.11.2026 г.)
Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/29625
Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com
