Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 19 апреля 2026 г.
  4. Научная статья № 125
Просмотры  10 просмотров

ELEKTRİK MAŞINLARININ DAYANIQLIQ EHTİYATLARININ VƏ PID TƏNZİMLƏYİCİLƏRLƏ İDARƏ OLUNMASININ ARAŞDIRILMASI

Abstract: məqalədə sabit cərəyan və dəyişən cərəyan mühərriklərinin avtomatik idarəetmə sistemlərində dayanıqlıq ehtiyatlarının (amplituda və fazaya görə) müqayisəli təhlili aparılmışdır. Tədqiqat zamanı mühərriklərin riyazi modelləri qurulmuş və MATLAB platformasında Bode diaqramları vasitəsilə dayanıqlıq göstəriciləri hesablanmışdır.

Keywords: PID tənzimləyici, dayanıqlılıq ehtiyatı, mühərrik, Bode diaqramı, ötürmə funksiyası.

Giriş. Dayanıqlıq ehtiyatları Avtomatik İdarəetmə Sistemlərinin (AİS) dayanıqlığını itirmə həddinə qədər olan «məsafəni» müəyyən edən universal göstəricilərdir. Bu göstəricilər həm sabit, həm də dəyişən cərəyan mühərrikləri üçün eyni dərəcədə tətbiq olunur [6, 9, 18]. Belə məsələlərin həlli zamanı mühərriklərin dayanıqlıq ehtiyatlarının riyazi modellərində və dayanıqlığın itirilməsinə səbəb olan, aşağıda qeyd olunan fiziki amillərə diqqət yetirilməlidir: hər iki mühərrik növü üçün əsas göstəricilər amplitudaya görə (Gain Margin) və fazaya görə dayanıqlıq ehtiyatlarıdır (Phase Margin).

Bu parametrlər sistemin rəqsi hərəkətlər rejiminə keçmədən əvvəl gücləndirmə əmsalının nə qədər artırıla biləcəyini və ya idarəetmə dövrəsində nə qədər gecikməyə yol veriləcəyini göstərir [3, 19], sabit cərəyan mühərriklərində (SCM) idarəetmə modeli nisbətən sadədir. Burada dayanıqlığın pozulmasına əsasən sargılarda elektromaqnit ətalətliliyi və yüksək gücləndirmə əmsallarında cərəyana və ya sürətə görə əks-əlaqəsinin təsiri səbəb olur, dəyişən cərəyan mühərriklərində (DCM) (asinxron, sinxron) idarəetmə modelləri qeyri-xətti və çarpaz əlaqələrə görə daha mürəkkəbdir. Bu sistemlərdə dayanıqlıq vektor idarəetmə (FOC) alqoritmlərindən, invertorun kommutasiya tezliyindən və rotorun vəziyyətinin təyini dəqiqliyindən birbaşa asılıdır. Mühəndis hesablamaları üçün önəmli olan məsələ ondan ibarətdir ki, DCM-lərində biz adətən cərəyan dövrəsindəki təhrif olunan siqnalları idarə edirik, lakin DCM-lərində isə vektor idarəetməsi zamanı koordinat çevrilmələri (Park-Klark) və hesablamalardakı gecikmələr faza ehtiyatını əhəmiyyətli dərəcədə azalda bilər ki, bu da mühərrikdə vibrasiya və qızmaya səbəb olur [1, 4].

Cədvəl 1-də SCM və DCM-lərinin dayanıqlıq amillərinin müqayisəli təhlili verilmişdir. Cədvəl 1. Müqayisəli təhlil. DCM-ləri üçün hesablama daha sadədir, çünki gərginliklə sürət arasında birbaşa asılılıq var. Əsas ötürmə funksiyası ikinci dərəcəli tənliklə ifadə olunur və mühərrikin elektromexaniki zaman sabiti (Tm) əsas rol oynayır.

SCM-lərində isə vəziyyət fərqlidir. Çünki sabit cərəyandan fərqli olaraq, DCM-nin ötürmə funksiyası həm dəyişən tezlikdən, həm də fırlanan maqnit sahəsindən asılıdır. Buna görə də, ötürmə funksiyası adətən d-q koordinat sistemində (vektor idarəetməsi daxilində) hesablanır. DCM-lərində dayanıqlıq ehtiyatını hesablayarkən, mütləq olaraq koordinat çevrilmələrini (Park-Clarke) nəzərə almaq lazımdır [1, 3]. Müstəqil təsirlənən SCM üçün ötürmə funksiyasını, lövbər dövrəsinin gərginliyi U(s) və rotorun fırlanma tezliyi ((s) nəzərə alınmaqla, aşağıdakı kimi ifadə etmək olar: ??=((?)?(?)=?????+????+?+????

(1).burada, Ra, La – lövbərin aktiv müqaviməti və induktivliyi, J- rotorun ətatət momenti, b – sürtünmə əmsalı, Km – moment sabiti, Ke- əks elektrik hərəkət qüvvə (EHQ) sabitidir. Sadələşdirmə aparmaqla, və lövbərin induktivliyi (La) nəzərə alınmadığı halda alırıq: ??=????+1 (2).DCM-nə vektorla idarə olunan idarəetmə obyekti kimi baxılarsa, onda onun ötürmə funksiyası açağıdakı kimi olacaq: ????=((?)??(?)=3/2?????(???+? (3).burada, P – cüt qütblər sayı, Lm, Lr – müvafiq olaraq qarşılıqlı induksiya və rotorun induktivliyi, (r – rotor dövrəsində maqnit selidir. Hesablama 1.

SCM-nin göstəriciləri: lövbər müqaviməti (Ra) – 2.0 Om, lövbərin induktivliyi (La) – 0.01 Hn, rotorun ətalət momenti (J) – 0.02 kq(m2, sürtünmə əmsalı (b) – 0.1H(m(s/rad, mühərrik sabiti (Km=Ke) – 0.5 nəəzərə alınmaqla ötürmə funlsiyasını yaza bilərik: ??=((?)?(?)=?????+????+?+??2 (4).??=0.50.01?+20.02?+0.1+0.25.Beləliklə, aşağıdakı kodları yazmaqla SCM-nin P-tənzimləyicinin tətbiqi ilə dayanıqlıq ehtiyatını təyin etmək olar: % DC motor parameters. Ra = 2.0, La = 0.01, J = 0.02, b = 0.1, Km = 0.5, s = tf(s), % Transfer fcn. P_dc = Km / ((La*s + Ra)*(J*s + b) + Km^2), % P controler (Kp = 10). C_dc = 10, L_sys_dc = C_dc * P_dc,% closed loop system. % margins calculation. figure, margin(L_sys_dc), grid on, title(Stability Margins of DC motor (Bode Plot)), Şək. 1.

SCM-nin Bode diaqramı.Gm – amplitudaya görə, Pm – fazaya görə dayanıqlıq ehtiyatları.SCM-lərinin dayanıqlığının hesablanması. SCM-lərində dayanıqlıq analizi həm elektrik, həm də mexaniki parametrləri eyni vaxtda nəzərə alır [2, 4]. Burada əsas rol oynayan amillər lövbər dövrəsinin müqaviməti (Ra) və mühərrikin ətalət momentidir (J). Dayanıqlığln analizi MATLAB platformasında margin komandası ilə icra olunduqda, müəyyən olunur ki, sistem nə dərəcədə stabildir.

SCM-lərində faza ehtiyatı, adətən kifayət qədər yüksək olur, lakin sürəti artırmaq üçün Kp əmsalını çox yüksəltdikdə sistemdə rəqslər yarana bilər [1]. DCM-lərindən fərqli olaraq, burada model daha asan proqnozlaşdırılandır və idarəetmə dövrəsindəki gecikmələr faza ehtiyatına o qədər də kritik təsir göstərmir (çünki DCM-lərindəki kimi mürəkkəb koordinat çevrilmələri yoxdur). PID tənzimləyicinin tətbiqi. PID tənzimləyici mühərrikin idarəetmə sistemində «qərar verən» mexanizmdir.

O, verilmiş sürət (setpoint) ilə real sürət arasındakı fərqi (səhvi) minimuma endirir [2, 3]. Proporsional – P (mütənasib) Cari səhvə reaksiya verir. Sistem hədəfə yaxınlaşdıqca təsirini azaldır, lakin yalnız bu tənzimləyici hədəfə tam çata bilmir (statik xəta qalır). İnteqral - I (inteqrallayıcı) Zamanla yığılan səhvləri aradan qaldırır. Mühərrikin yük altında belə dəqiq sürətlə fırlanmasını təmin edən məhz bu tənzimləyicidir.

Diferensial –D (diferensiallayıcı) Səhvin dəyişmə sürətinə baxır. Sistemin qəfil sıçrayışlarının qarşısını alır və «əyləc» rolunu oynayaraq titrəmələri azaldır. SCM-lərdə adətən kaskad (ardıcıl) strukturlu PID istifadə olunur: daxili cərəyan dövrəsi və xarici sürət dövrəsi. DCM – lərdə (FOC daxilində), vektor idarəetməsində cərəyanın d-q komponentlərini sabit saxlamaq üçün iki ayrı PID tənzimləyicidən istifadə edilir [1, 4].

PİD-nin Dayanıqlıq ehtiyatına təsiri. PID əmsallarının (Kp, Ki, Kd) düzgün seçilməməsi fazaya görə ehtiyatının itirilməsinə səbəb olur. Bu isə mühərrikdə kənar səslərin yaranması və mexaniki hissələrin vaxtından əvvəl sıradan çıxması ilə nəticələnir. Cədvəl 2–də tənzimləyicilərin əsas funksiyaları təqdim edilir: Cədvəl 2.

PID tənzimləyicinin parametrləri. Hesablama 3. SCM-nin xarakteristikasının (şək. 3) alınması üçün, ötürmə funksiyası və verilən qiymətlərin kodunu MATLAB əmrlər pəncərəsində yazırıq: % DC motor parameters. R = 2.0,% Оhm L = 0.01,% Hn J = 0.02,% kq*m^2. b = 0.1,% Н*m*s K = 0.5,% Ke = Km% Motor transfer fcn (W = Omega/U). s = tf(s), P_motor = K / ((L*s + R)*(J*s + b) + K^2), % Add PID controller to control speed.

Kp = 5, Ki = 10, C = pid(Kp, Ki), % Closed loop system (Margins). L_sys = C * P_motor, % 1. Frequence response and margins. figure, margin(L_sys), sys_cl = feedback(L_sys, 1),% closed loop. figure, step(sys_cl), title(Transient response for DC motor (speed)), grid on, Şək. 3. SCM-nin keçid xarakteristikası.

Hesablama 4. DCM-nin xarakteristikasının (şək. 4) alınması üçün, ötürmə funksiyası və verilən qiymətlərin kodunu MATLAB əmrlər pəncərəsində yazırıq: %% AC Motor (Induction Motor) Stability and Dynamic Analysis. % This script analyzes the current loop of an AC motor under FOC. clear all, close all, clc,% Define Laplace variable. s = tf(s), %% 1. AC Motor Parameters. Rs = 1.5,% Stator Resistance (Ohms).

L_sigma = 0.02,% Total Leakage Inductance (H). %% 2. Transfer Function (Plant). % The plant is the stator circuit where input is voltage and output is current. G_ac = 1 / (L_sigma*s + Rs), %% 3. PI Controller Design. % Gains for the current regulator.

Kp_ac = 30, Ki_ac = 800,C_ac = pid(Kp_ac, Ki_ac), %% 4. System Analysis. % Open-loop transfer function (for Stability Margins). L_sys_ac = C_ac * G_ac, % Closed-loop transfer function (for Step Response). sys_cl_ac = feedback(L_sys_ac, 1), %% 5. Visualization figure(Name, AC Motor Current Control Analysis, Position, [100, 100, 900, 600]), % Subplot 1: Frequency Domain (Bode Plot & Margins). subplot(2,1,1), margin(L_sys_ac), grid on, title(Stability Margins: AC Motor Current Loop), % Subplot 2: Time Domain (Step Response). subplot(2,1,2),step(sys_cl_ac), grid on, title(Step Response: AC Motor Current Tracking), ylabel(Current i_q [A]), xlabel(Time [sec]), %% 6.

Display Margins in Command Window. [gm, pm, wcg, wcp] = margin(L_sys_ac), fprintf(Gain Margin:%.2f dB

, 20*log10(gm)), fprintf(Phase Margin:%.2f degrees

, pm), Şək. 4. DCM-nin keçid xarakteristikası. Cədvəl 3 – də hər iki növ mühərrikin keçid xarakteristikalarının müqayisəli təhlili verilmişdir. Cədvəl 3.

SCM və DCM – lərinin keçid xarakteristikalarının müqayisəli təhlili. DCM-lərində faza ehtiyatının 30-450 dərəcədən yuxarı olması vibrasiyaların qarşısını alır. Keçid xarakteristikasında cərəyanın çox qısa müddətdə (millisaniyələr ərzində) hədəfə çatdığı müəyyən olunur [1, 2]. Bu, vektor idarəetməsində mühərrikin yük dəyişikliklərinə anında reaksiya verməsi üçün vacibdir.

Bu hesablamalar göstərir ki, dəyişən və sabit cərəyan mühərriklərinin fiziki quruluşu fərqli olsa da, onların dayanıqlıq meyarları eynidir: SCM-larında dayanıqlığı təmin etmək nisbətən asandır, çünki model xəttidir, DCM-larında (vektor idarəetməsində) isə hesablamalar daha sürətli aparılmalı və invertorun gecikmələri mütləq nəzərə alınmalıdır, Hər iki halda faza ehtiyatını 450- 600 intervalında saxlamaq ən yaxşı mühəndislik təcrübəsidir.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 4 (97) том 3


Ссылка для цитирования:

Məmmədzadə T.E., Məmmədov C.A., Əkbərli Ə.M. ELEKTRİK MAŞINLARININ DAYANIQLIQ EHTİYATLARININ VƏ PID TƏNZİMLƏYİCİLƏRLƏ İDARƏ OLUNMASININ ARAŞDIRILMASI // Журнал «Вестник науки» от 19 апреля 2026 г. № 4 (97) том 3. С. 1169 - 1178. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/29892 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/29892



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2026.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.