Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 26 апреля 2026 г.
  4. Научная статья № 132
Просмотры  9 просмотров

GÜC QURĞULARININ YÜKSƏK DƏRƏCƏDƏ ELEKTRİKLƏŞDİRİLDİYİ MİNİK NƏQLİYYATININ XÜSUSİYYƏTLƏRİ

Аннотация: məqalədə müasir nəqliyyat sektorunda ekoloji problemlərin həlli istiqamətində minik avtomobillərinin elektrikləşdirilməsi məsələləri və bu sahədə mövcud olan texnoloji tendensiyalar tədqiq edilir. İri şəhərlərdə zərərli tullantıların əsas mənbəyi olan daxili yanma mühərrikli (DYM) nəqliyyat vasitələrindən tam elektrikli (BEV) və yürüş məsafəsi artırılmış elektrikli (REEV) nəqliyyat vasitələrinə keçid imkanları təhlil olunur. Tədqiqatda Azərbaycanın iqlim şəraiti, infrastruktur məhdudiyyətləri və əhalinin gəlir səviyyəsi nəzərə alınmaqla, müxtəlif elektromobil siniflərinin müqayisəli xarakteristikası verilir.

Ключевые слова: range extender, elektromobil, konsepsiya, yürüş məsafəsi artırılmış elektromobil, tam elektrikli nəqliyyat vasitəsi, gediş diapazonu, daxili yanma mühərriki.

Giriş. İri şəhərlərdə işlənmiş qazlarla atılan zərərli tullantıların 65%-dən 95%-ə qədəri avtomobil nəqliyyatının payına düşür. Minik avtomobillərinin nəqliyyat sektorunda yaranan CO2 istixana qazının 65% mənbəyidir. Minik nəqliyyatının elektrikləşdirilməsinin artırılması bu cür tullantıların azaldılması üçün əsas vəzifəyə çevrilməlidir. Tamamilə elektrikli nəqliyyat vasitələri (ingilis terminologiyasında – BEV), Yürüş məsafəsi artırılmış elektrikli nəqliyyat vasitələri (ingilis terminologiyasında – REEV).

Yürüş məsafəsinin artırıcısı (Range Extender – RE) qismində yanacaq elementi (Fuel Cell) və ya daxili yanma mühərriki (Internal Combustion Engine) əsaslı enerji qurğusu çıxış edə bilər, belə elektromobillərin işarələnməsi FC-REEV və IC-REEV kimidir. Müasir BEV-lər texnoloji inkişafın elə bir səviyyəsinə çatmışdır ki, hərəkət zamanı elektrik enerjisi sərfiyyatı elektromobilin sinfindən asılı olaraq kombinə edilmiş hərəkət dövrü (şəhər-magistral) üzrə hər 100 mil məsafəyə 25 kVt·saatdan 50 kVt·saata qədər təşkil edir. Hazırda ABŞ və Avropada satılan aşağı qiymət seqmentli elektromobil modellərində batareyaların tutumu nəqliyyat vasitəsinin bir doldurma ilə orta hesabla 250 km (155 mil) məsafə qət etməsini təmin edir. Batareyaların tam doldurulma müddəti 7-8 saat təşkil edə bilər [1].

Batareya istehsalında 500 Vt·st/kq qravimetrik sıxlığa nail olmaq lazımdır. Kommersiyalaşdırılması planlı perspektivli nümunələrin tutumu hələlik z300-350 Vt·st/kq təşkil edir. Batareya istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Elektromobillərin yüksək qiyməti, inkişaf etmiş elektrikdoldurma stansiyaları infrastrukturunun olmaması, elektromobilin yürüş məsafəsinə təsir edən pis iqlim şəraiti, yaşayış məntəqələri arasındakı böyük məsafələr öz təsirin göstərir.

Müxtəlif tip elektromobillərin parametrlər üzrə keyfiyyət müqayisəsi Cədvəl 1-də verilir. Cədvəl 1. Müxtəlif tip elektromobillərin keyfiyyət müqayisəsi. Elektrikli nəqliyyatın inkişaf perspektivləri.

Mütəxəssislərin qiymətləndirmələrinə görə 2026-cı ilə qədər elektromobil satışları dünya üzrə minik avtomobilləri satışının 10%-nə, 2030-cu ilə qədər 28%-nə və 2040-cı ilə qədər 58%-nə çata bilər. Şəkil 1-də elektromobil istehsalı üzrə 2023-cü ilə qədər qısamüddətli və 2040-cı ilə qədər uzunmüddətli proqnozlar təqdim olunub. Şəkildən görünür ki, 2017-ci ildən elektromobil istehsalı üzrə lider Çindir. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Avropa İttifaqı və ABŞ qərarlaşıb. Şəkil 1. Dünyada elektromobil istehsalının qısamüddətli.a) və uzunmüddətli b) proqnozu.Yaxın 10 ildə Çin və Avropa bazarı bütün elektromobil satışlarının təxminən. 70%-ni təşkil edəcək. İntensiv inkişaf Çində satın alınan elektromobillər üçün xüsusi kredit proqramının tətbiqi, Avropada isə CO2 (karbon qazı) tullantılarının məhdudlaşdırılması üzrə sərt tədbirlər var. Xüsusilə London, Paris, Seul və digər şəhərlərdə «Car-free» (avtomobilsiz) siyasəti inkişaf etdirilir. Ənənəvi avtomobillər ictimai nəqliyyat və ya elektrikli nəqliyyatla əvəz olunacaq. 2040-cı ilə qədər dünya yollarında avtomobillərin 30%-dən çoxu elektromobil olacaq, Çin və Avropada isə bu göstərici 50%-i keçəcək. Maye yanacaqdan istifadə şəhər elektrikli nəqliyyat vasitəsinin konstruksiyasında qazşəkilli yanacaqların saxlanmasında əlavə iri həcmli və ağır balonların yerləşdirilməsində texniki məhdudiyyətlə əlaqədardır.

Avtomobil sahibləri arasında aparılan sosioloji sorğulardan, yüksək təzyiqli sıxılmış təbii qaz (CNG) saxlama sisteminin istifadəsi nəqliyyatın istehlak xüsusiyyətinə mənfi təsir göstərir: çox vaxt qazşəkilli yanacaq kimi CNG-yə deyil, LPG-yə (mayeləşdirilmiş neft qazı) üstünlük verilir. IC-REEV elektromobilinin bir doldurma ilə maksimum yürüş məsafəsi enerji təminatı baxımından 300 km diapazonu ilə məhdudlaşır. Elektromobilə REEV qoşqusunun əlavə edilməsi ilə elektrikli nəqliyyat vasitəsinin enerji təminatını artırmaq üçün müxtəlif həllər mövcuddur: birinci variantda qoşquda DYM və ya yanacaq elementi [3] bazasında generator qurğusu yerləşdirilir, ikinci variantda isə əlavə elektrik batareyaları qoyulur. «Yanacaq elementi» variantında ümumi konstruksiyada yanacaq elementi ilə birgə işləmək üçün modernləşdirilmiş DYM-dən istifadə olunur.

Yanacaq kimi maye və ya qazşəkilli yanacaq istifadə edilə bilər. Yanacaq-enerji kompleksinin əvvəllər inkişaf tendensiyalarına görə, üstünlük verilən yanacaq mayeləşdirilmiş təbii qaz (LNG) olacaqdır. Hidrogen və ya metan-hidrogen yanacaq kompozisiyalarının tətbiqi müvafiq saxlama və istifadə texnologiyaları mövcud olduqda mümkündür. Range Extender konsepsiyası. İri Avropa avtomobil istehsalçıları yaxın gələcəkdə daxili yanma mühərriklərindən (DYM) imtina edəcəklərini və dartı batareyalarından istifadə etməklə elektrik mühərriklərinə keçəcəklərini elan ediblər [4].

Tamamilə elektrik dartısına keçid üçün, xüsusən də bəzi ərazilərdə bir sıra ciddi maneələr mövcuddur. Əsas mənfi amillər bunlardır: Elektrikdoldurma stansiyaları infrastrukturunun inkişaf səviyyəsi, İqlim şəraiti, Yaşayış məntəqələri arasındakı böyük məsafələr. Bu problemlərin həlli elektrik mühərriki ilə birlikdə ənənəvi DYM-in tətbiqi ola bilər. Bu zaman avtomobil istehsalçıları artıq iki istifadə variantından yararlanırlar: DYM tamdəyərli güc aqreqatı kimi: Seçilmiş rejimdən asılı olaraq elektrik mühərriki ilə növbəli şəkildə cütlükdə işləyir, DYM doldurma qurğusu kimi: Yalnız dartı batareyalarının şarj edilməsi üçün. istifadə olunur. Birinci variant - elektrik mühərriki ilə cütlükdə işləyən DYM - artıq kifayət qədər uzun müddətdir ki, bazarda mövcuddur: Toyota (Prius və RAV4 modelləri), Hyundai (Ioniq modeli), Mitsubishi (Outlander PHEV modeli), Lexus (RX450h modeli) və bəzi başqaları.

Həmçinin yaxın gələcəkdə Ford (Transit modeli), Mercedes-Benz (eSprinter modeli), UAZ (Profi-hibrid) şirkətləri də perspektivli layihələr barədə bəyanat veriblər. Belə bir hibrid avtomobilin Şəkil 2-də verilir. Bu nəqliyyat vasitəsini istənilən iqlim və ekoloji zonalarda istismar etməyə, yanacaq sərfiyyatını və CO2 tullantılarını azaltmağa, yürüş məsafəsini artırmağa imkan verir. Lakin onun ciddi çatışmazlıqları da var: Avtomobilin kütləsinin artması, Yükqaldırma qabiliyyətinin azalması (bu, kommersiya nəqliyyatı üçün kifayət qədər kritikdir), İstismar xərclərinin artması, Məhsulun qiymətinin artması. Şəkil 2.

Ford Transit-in perspektivli komplektasiya sxemi. İkinci variant — DYM-in batareyalar üçün doldurma qurğusu kimi tətbiqi — müsbət amilləri qoruyub saxlamaqla bu problemləri həll etməyə və ya mənfi təsiri əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəkdir. Range Extender (Yürüş məsafəsi artırıcısı) kompakt generator qurğusundan ibarətdir. Range Extender-in elektromobilə quraşdırılması onu ardıcıl sxemli enerji qurğusuna malik hibrid nəqliyyat vasitəsinin sadə variantına çevirir. Prinsipial sxem Şəkil 3-də verilib. Şəkil 3.

Range Extender-in prinsipial sxemi [4]. Bu gün Range Extender konsepsiyasının reallaşdırılmasında bir neçə yanaşma var. Birinci yanaşma: əldə edilən enerji nəqliyyat vasitəsinin akkumulyatorlarının şarj edilməsi üçün istifadə olunur. Digər yanaşma: əldə edilən enerjinin birbaşa nəqliyyat vasitəsinin dartı elektrik mühərrikinin qidalandırılması üçün istifadə edilməsidir.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 4 (97) том 4


Ссылка для цитирования:

Şıxəliyeva S.Y., Hənifəyev R.E. GÜC QURĞULARININ YÜKSƏK DƏRƏCƏDƏ ELEKTRİKLƏŞDİRİLDİYİ MİNİK NƏQLİYYATININ XÜSUSİYYƏTLƏRİ // Журнал «Вестник науки» от 26 апреля 2026 г. № 4 (97) том 4. С. 1278 - 1284. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/30030 (дата обращения: 29.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/30030



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2026.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.