Научный журнал «Вестник науки»

Режим работы с 09:00 по 23:00

zhurnal@vestnik-nauki.com

Информационное письмо
  1. Главная
  2. Архив
  3. Вестник науки от 26 июля 2026 г.
  4. Научная статья № 60
Просмотры  5 просмотров

ELEKTRİK AVADANLIĞININ SON İSTİSMAR MÜDDƏTİNİN HESABLANMA METODOLOGIYASI (NAZARIÇEV ÜSULU)

Abstract: elektrik enerjisi müəssisələrində bütün elektrik avadanlıqlarının (EA) təxminən 40%-i normativ istismar müddətinə çatsa da, istismar müddətindən artıq istismar olunur. Bu, enerji qurğularının etibarlılığının təmini baxımından onun istismar müddəti limitlərinin müəyyənləşdirilməsini zəruri edir. EA-nın texniki vəziyyətini qiymətləndirmək üçün texniki vəziyyət (TV) və vəziyyət indeksi (Vİ) anlayışından istifadə edilir. EA-da istismar zamanı faktiki olaraq TV pisləşir, ancaq texniki xidmət zamanı yaxşılaşır. Vİ elektrik avadanlıqlarının ümumi vəziyyətini, o cümlədən retrospektivdə və onun davamlı iştismar ehtimalını dəqiq göstərməli, subyektiv müşahidələr və fərziyyələrə yox, obyektiv ölçmələrə və hesablamalara əsaslanmalı, başa düşülən, asanlıqla izah olunan və mövcud qanunvericiliyə uyğun olmalıdır. Son istismar müddətinin ümumi hesablama üculu EA-nın Vİ-nın bütün mümkün dəyişikliklər variantını nəzərə alır. Məqalədə təklif olunan metodologiyanın tətbiqi, sınağı, həmçinin Vİ üzrə zəruri ilkin məlumatların toplanması məqsədi ilə Vİ-nin dəyişiklik funksiyasının xətti aproksimasiya ilə hesablama modelindən istifadənin mümkünlüyü göstərilmişdir.

Keywords: elektrik avadanlıqları, istismar müddəti, texniki vəziyyət, vəziyyət indeksi, iş resursu, faktiki iş müddəti, son iş müddəti, normativ istismar şəraiti.

Vəziyyət indeksi. Hazırda EA-nın texniki vəziyyətini (TV) qiymətləndirmək üçün diaqnostik metodlardan istifadə olunur ki, bu da EA-nın funksional komponentlərindəki qüsurları aşkar etməyə imkan verir. [1]-də göstərir ki, hazırda EA-nın TV-nin kəmiyyət inteqral göstəricisi kimi vəziyyət indeksindən (Vİ) istifadə olunur (şək.1). Vİ-nin qiymətləndirilməsi üçün təsdiq edilmiş üsul (metodika) mövcuddur [2, 3]. Müxtəlif EA üçün texniki vəziyyət indeksinin (TVİ) hesablanması üçün vahid mətn alqoritmləri hazırlanmışdır.

Bu elektrik avadanlıqlarının iş şəraitinin təsirini nəzərə alaraq, məntiqi və riyazi düsturlardan istifadə edərək diaqnoz qoyulmuş parametrlərin bütün yığımı əsasında Vİ-nin hesablanmasına imkan verir. Enerji şirkətlərinin istehsal aktivlərinin idarəedilmə sistemində (İAİS) Vİ əsaslı hesablamalar elektrik avadanlıqlarının məlumat qruplarına (parametrlər, normativ qiymətlər, qüsurlar) və enerji obyektinin vahid mərkəzləşdirilmiş normativ məlumat informasiya (NMİ) sisteminin digər məlumatlarına əsaslanır. Şək. 1. Vəziyyət indeksinin (Vİ) qiymətləndirilməsi əsasında avadanlığın texniki resursunun, sıradan çıxma ehtimalının və son istismar müddətinin təyin edilməsi.EA-nın Vİ-nə aşağıdakı tələblər qoyulur: - göstərici: Vİ elektrik avadanlıqlarının ümumi vəziyyətini, o cümlədən retrospektivdə və onun davamlı iştismar ehtimalını dəqiq şəkildə göstərməlidir, - obyektivlik: Vİ subyektiv müşahidələr və fərziyyələrə yox, obyektiv ölçmələrə və hesablamalara əsaslanmalıdır, - sadəlik: Vİ başa düşülən və asanlıqla izah olunan olmalıdır, - mövcud qanunvericiliyə uyğun olmalıdır [2, 3]. Beləliklə, Vİ elektrik avadanlığının TV-ni müəyyən edilmiş hədd daxilində dəyişməsini etibarlı şəkildə əks etdirməli, bütün elektrik şəbəkə komponentləri üçün aydın texniki mənaya malik olmalıdır.

EA-nın vəziyyəti Vİ = 0 olduqda son hədd hesab olunur. Bu vəziyyəti EA-nın istismar müddətinin tam tükənmə anına uyğun gəlir, yəni faktiki istismar müddəti notmativ istismar müddətinə bərabərdir. EA-da Vİ = 1 olduqda onun vəziyyəti hələ istifadəyə verilməmiş yeni EA-nın vəziyyətinə uyğun gəlir. Bu EA üçün faktiki iş müddəti 0-a bərabərdir.

EA-da istismar zamanı faktiki olaraqTV pisləşir, ancaq texniki xidmət zamanı yaxşılaşır. Buna baxmayaraq, EA-nın tam iş müddəti ərzində TV-nin ümumi dəyişmə tendensiyası azalır. Müəyyən baza (normativ) istismar şəraitində, EA-da TV istehsalçının texniki sənədlərinə uyğun olaraq planlaşdırıldığı kimi pisləşir. Yüngül istismar şəraitində EA-da TV az intensivliklə pisləşir, ağır istismar şəraitində isə, baza şəraiti ilə müqayisədə, daha intensiv pisləşir.

EA-nın texniki resursu, iş müddəti, təqvimi iş, son istismar müddəti ilə TV arasında (Vİ-nin qiyməti ilə) funksional əlaqə qurulmşdur. İştismar şəraitini vermək üçün üçün təqvimi işi, faktiki texniki resursu və EA-nın Vİ-nin qiymətlərini əlaqələndirən hesablama ifadələrindən istifadə olunur. Faktiki tükənmiş iş resursunun hesablanma metodologiyası [4]-də verilmişdir. Faktiki xidmət resursu və qalıq resurs cəmlənərək və xidmət müddəti vahidlərini zaman vahidlərinə çevirərək EA-nın son istismar müddəti hesablana bilər. Son iş müddətinin hesablanma üsulu. Ümumi hesablama üculu EA-nın Vİ-nın bütün mümkün dəyişikliklər variantını nəzərə alır.

Faktiki tükənmiş iş resursu ümumi halda [4]-ə uyğun olaraq S(r) funksiyası ilə təyin edilir və işləmə müddətindən r və Vİ-nin dəyişməsindən asılıdır. Bu halda hesablama işləmə müddətinin vaxt vahidləri ilə aparılmalıdır. Bu halda, tk (nəzarət nöqtəsi) iş müddətindəki faktiki tükənmiş resurs R EA-nın təqvimi vaxtı tk ərzində faktiki iş müddətinə Tk uyğundur. Normativ qalıq iş müddəti aşağıdakı ifadə ilə müəyyən edilir: T0.qalıq = T0 – Tk, (1).burada T0 – EA-nın normativ iş müddətidir.

EA sonradan normativ iştismar şəraitində işlədilirsə, onun son iş müddəti Tson aşağıdakı kimi təyin olunacaq: Tson = tk + T0.qalıq (2).və yaTson = tk + T0 – Tk. (3).Əgər EA sonradan normativ iş şəraitindən fərqli şəraitdə işlədilirsə, onun son iş müddəti aşağıdakı kimi müəyyən ediləcək: Tson = tk + Tson.qalıq, (4).burada Tson.qalıq – EA-nın son qalıq müddətidir (təqvim müddəti) və normativ qalıq iş müddətinə T0.qalıq uyğundur, bu (5) bərabərlikdən rəqəmsal üsullarla təyin olunur: T0.qalıq = ??????.?????+??1−?(?)1−?0(?) dt → Tson.qalıq (5).(5) bərabərliyindən Tson.qalıq qiymətini ilə, EA-nın gözlənilən istismar şəraitində son vəziyyətinə çatana qədər olan vaxt, yəni faktiki qalıq resursunun (faktiki iş müddətinin Tqalıq) normativ qalıq resursuna (mormativ qalıq iş müddəti Tson.qalıq) çatmazdan əvvəl qalan müddət müəyyənləşdirir. Perspektiv üçün EA-nın iş şəraitini və rejimlərini proqnozlaşdırmaq çətin olduğundan, nəzarət nöqtəsindən sonra EA-nın nəzarət nöqtəsindən əvvəlki rejimlərdə işləyəcəyini qəbul etmək məqsədəuyğundur. Nəticə etibarilə, onun TV-i və müvafiq olaraq Vİ oxşar şəkildə dəyişəcək.

Gələcək iş şəraitlərində yeni EA üçün son istismar müddətinin uzadılma vaxtının təyini aşağıdakı bərabərliklə, rəqəmsal üsullarla həyata keçirilir: T0 = 0????1−?(?)1−?0(?)?? → Tson.qalıq (6).[4]-də göstərilir ki, EA-nın Vİ-nin qiymətləri barədə hərtərəfli retrospektiv məlumatların olmaması son iş müddətinin müəyyən edilməsində çətinlik yarada bilər. Metodologiyanın tətbiqi, sınaqdan keçirilməsi, həmçinin Vİ üzrə zəruri ilkin məlumatların toplanması məqsədi ilə Vİ-nin dəyişiklik funksiyasının S(r) xətti aproksimasiya hesablama modelindən istifadə etmək mümkündür: 1−?(?)1−?0? = ??0=?, (7).burada m və m0 müvafiq olaraq faktiki iş şəraiti S(t) və əsas standart iş şəraiti S0(t) üçün Vİ-nin dəyişiklik funksiyalarını əldə etmək üçün nəzərdə tutulmuş məlumatlar yığımının xətti aproksimasiya əmsallarıdır. Faktiki görülmüş iş resursu ümumi halda görülmüş işdən r və Vİ-nin qiymətinin S(r) funksiyası ilə dəyişməsindən asılıdır [4]. Hesablama əməliyyatı zaman vahidlərində (r = t) aparılmalıdır.

Görülmüş iş tк (nəzarət nöqtəsi) iş resursu R təqvim vaxtı tк üçün EA-nın faktiki iş müddətinə uyğundur. Tк = A∙tк. (8).Onda, EA-nın normativ qalıq iş müddəti belə olacaq:T0.qalıq = T0 – Tk, (9).burada T0 - EA-nın normativ iş müddətidir və ya:To.qalıq = T0 – A∙tk. (10).EA-nın son iş müddəti aşağıdakı ifadə ilə müəyyən edilir:Tson = tk + T0.qalıq (11).və ya.Tson = T0 – tk(1 – A).

(12).Əgər EA normativ şəraitdən fərqli şəraitdə iştismar edilərsə, EA-nın son iş müddəti aşağıdakı ifadə ilə müəyyən edilir:Tson.qalıq + Tп.qalıq, (13).burada Tп.qalıq - EA-nın normativ qalıq iş müddəti T0.qalıq-a uyğun olan son qalıq iş müddətidir (təqvim müddəti) və aşağıdakı kimi təyin olunur:Tson.qalıq = ?0.?????? (14).Onda EA-nın son istismar müddəti aşağıdakı ifadə ilə müəyyən ediləcək:Tson = tk + ?0.?????? (15).Yeni EA-nın məlum gələcək iş şəraitində son uzadılmış istismar müddəti Tson aşağıdakı.ifadə ilə müəyyən edilir:Tson = ?0? (16).Əgər m0 əmsalının məlumatları bilinmirsə, aşağıdakı nisbətdən istifadə edilməlidir: m0 = 1?0 (17).Vİ-nin qiymətlərinin iş vaxtından funksional asılılığı [4]-ə uyğun olaraq müəyyən edilir.

Bu halda, görülmüş işin r ölçü vahidi olaraq t vaxtı qəbul olunur. EA-nın son iş müddətinin yenidən hesablanmasını, EA-nın Vİ-nin qiymətlərinin hər böyük dəyişiklikləri ilə hər bir cari, orta və əsaslı təmirdən əvvəl və sonra hesablamalar aparmaqla icra etmək tövsiyə olunur. Xidmət müddətindəki dəyişiklik funksiyasını əldə etmək üçün Vİ məlumatlarının aproksimasiyası hər dəfə Vİ üzrə məlumatların yeniləməsindən sonra aparılmalıdır. Hesablama ardıcıllığı.

EA-nın son istismar müddəti, onun hesablanmasının tam reqlamenti energetika kompaniyasının daxili təlimatları ilə müəyyənləşir. İstehsal aktivlərinin idarə sistemində (İAİS) EA-nın son istismar müddətinin qiymətləndirmə nəticələrindən normaеiv-texniki sənədlərdə göstərilən yanaşmalara ciddi şəkildə uyğun olaraq istifadə olunur. EA-nın son istismar müddətini hesablamaq üçün əsas ilkin verilənlər, nəzərdən keçirilən EA üçün Vİ, S və S0 qiymətləridir. S(t) və S0(t) funksiyaları məlumdursa, əlavə ilkin verilənlərin hazırlanması tələb olunmur və hesablama davam etdirilə bilər. S(t) və ya S0(t) funksiyalarından biri məlum deyilsə, onlar [4]-ə uyğun olaraq verilənlərin Vİ-nin məlum qiymətlərinin aproksimasiyası ilə təyin olunmalıdır. İlkin məlumatların tamlığından və keyfiyyətindən asılı olaraq, elektrik avadanlığının son xidmət müddətini hesablamaq üçün uyğun bir model seçilməlidir.

S(t) və S0(t) funksiyaları məlumdursa ümumi modeldən istifadə olunur. Metodologiyanın ilkin tətbiq mərhələsində, Vİ-nin qiymətinin EA-nın istismar müddətindən dəyişiklik funksiyasının tam retrospektiv verilənləri olmadıqda, hər bir avadanlıq üçün Vİ-nin qiymətlərinin xətti aproksimasiya verilənlərinin son istismar müddətinin hesablama modelindən istifadə edilməlidir. İlkin verilənlərin hazırlanmasından və son istismar müddətinin hesablama modelinin seçilməsindən sonra hesablama aparmaq üçün vaxt (təqvim) seçilməlidir. Baxılan EA üçün aşağıdakılar məlum olmalıdır: – S0(t)=S0.T(t) funksiyası, burada S0.T(t) EA üçün işləmə müddətindən asılı olaraq Vİ-də dəyişikliyin baza funksiyasıdır, – S(t)=ST(t) funksiyası, burada ST(t) EA üçün işləmə müddətindən asılı olaraq Vİ-də dəyişikliyin faktiki funksiyasıdır. Elektrik avadanlığının istismar müddətinin başlanğıc tarixini bilərək onun işə düşdüyü tarixdən hesablanma taixinə qədər təqvim iş müddəti təyin edilə bilər (il ilə): t = tк (18).Hesablama tarixi EA-nın istismara verilmə tarixindən əvvəl ola bilməz.

EA-nın son iş müddəti aşağıdakı ardıcıllıqla hesablanır: 1. EA-ın faktiki tükənmiş resursu (faktiki iş müddəti) [4]-ə uyğun olaraq hesablanır. 2. Seçilmiş modeldən asılı olaraq, EA-nın normativ qalıq resursu (normativ qalıq iş müddəti) (1) və ya (10) ifadələrindən istifadə edilərək müəyyən edilir. 3. Əgər EA-nın normativ şərtlər daxilində sonrada işləməsi planlaşdırılırsa, EA-nın son qalıq iş müddəti normativ qalıq iş müddətinə uyğun gəlir və seçilmiş modeldən asılı olaraq ümumi son iş müddəti (2)–(3) və ya (11)–(12) ifadələri ilə müəyyən edilir. 4. Əgər EA-nın normativ şərtlərdən fərqli şərtlərlə daha sonra işləməsi planlaşdırılırsa, EA-nın son qalıq iş müddəti (5) ifadəsi və ya (14) ifadəsindən istifadə edilməklə və ümumi son iş müddəti (4) və ya (15) ifadəsi ilə müəyyənləşir. Yeni quraşdırılmış EA üçün son iş müddətini hesablanması aşağıdakı kimi olmalıdır. ilkin verilənləri hazırladıqdan və son iş müddətini hesablama modelini seçdikdən sonra. hesablama tarixi təyin edilr.

EA üçün aşağıdakılar məlum olmalıdır: – S0(t) = S0.T(t) funksiyası, burada S0.T(t) – EA-nın iş müddətindəki asılı olaraq Vİ-nin baza funksiyasa dəyişikliyidir, – S(t)=ST(t) funksiyası, burada ST(t) – EA-nın iş müddətindəki asılı olaraq Vİ dəyişikliyinin faktiki funksiyasıdır. EA-nın son iş müddəti seçilən modeldən asılı olmaqla (6) ya (15) ifadəsilə müəyyənləşir. Hesablama nümunəsı. Nümunə olaraq güc transformatorundan istifadə edərək son iş. müddətinin hesablanmasını nəzərdən keçirək.

Tutaq ki, transformator normativ istismar şəraitində 7 il işləmişdir. Onun faktiki iş. müddəti də 7 ildir. Əgər transformator bu 7 il ərzində A = 1.1 ilə ağır iş şəraitində işləsə, onda bu 7 il ərzində onun faktiki iş müddəti 7.7 il olardı. Əgər transformator bu 7 il ərzində A = 0.8 ilə yüngül iş şəraitində işləsəydi, onda onun 7 il ərzində onun faktiki iş müddəti cəmi 5.6 il olardı. Beləliklə, 7 illik təqvim xidmət müddəti ilə daha yüngül iş şəraiti üçün faktiki xidmət müddəti 5.6 il, ağır iş şəraiti üçün isə 7.7 ildir. Transformator sonradan normativ iş şəraitində işlədilərsə, onun son iş müddəti uyğun belə təyin edilir: Tson = 25 – 5.6 + 7 = 26.4 il (yüngül şərait), Tson = 25 – 7.7 + 7 = 24.3 il (ağır şərait).Əgər transformator oxşar yüngül (A = 0.8) və ya ağır (A = 1.1) şərtlər altında sonra da işlədilərsə, onda son qalıq iş müddəti müəyyən edilməlidir: Tson.qalıq =(25– 5.6)/0.8 = 24.2 il (yüngül şərait), Tson.qalıq=(25–7.7)/1.1=15.7 il (ağır şərait).

Onda son iş müddəti aşağıdakı kimi müəyyən edilir:Tson = 24.2 + 7 = 31.2 il (yüngül şərait), Tson = 15.7 + 7 = 22.7 il (ağır şərait).Əgər transformator 7 il yüngül şəraitdə işlədilibsə (A = 0.8) və daha sonra ağır şəraitdə işlədilibsə (A = 1.1), onun qalan son iş müddəti belə olacaq:Tson.qalıq = (25 – 5.6) / 1.1 = 17.6 il, Tson = 17.6 + 7 = 24.6 il.NƏTİCƏ. 1.Elektrik avadanlıqlarının iş müddətinin hesablanması üçün təklif olunan üsul elektrik avadanlıqlarının vəziyyət indeksinin qiymətləndirilməsinə əsaslanır və istehsal aktivlərinin idarəedilmə sistemində (İAİS) istifadə edilə bilər. 2.İlkin məlumatların olmaması nəzərə alınmaqla, vəziyyət indeksinin dəyişiklik funksiyasının xətti aproksimasıyasından istifadə etmək təklif olunur. 3.Güc transformatorunun son iş müddətinin hesablanması üçün verilən nümunə bu üsulun enerji şirkətlərində istifadəsinin mümkünlüyünün məqsədəuyğunluğunu göstərir.


Полная версия статьи PDF

Номер журнала «Вестник науки» № 7 (100) том 4


Ссылка для цитирования:

Mehdili A.Ə., Səfiyev E.S., Hüseynov E.L. ELEKTRİK AVADANLIĞININ SON İSTİSMAR MÜDDƏTİNİN HESABLANMA METODOLOGIYASI (NAZARIÇEV ÜSULU) // Журнал «Вестник науки» от 26 июля 2026 г. № 7 (100) том 4. С. 548 - 557. 2026 г. ISSN 2712-8849 // Электронный ресурс: https://www.вестник-науки.рф/article/32621 (дата обращения: 12.11.2026 г.)


Альтернативная ссылка латинскими символами: vestnik-nauki.com/article/32621



Нашли грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики) ?
- напишите письмо в редакцию журнала: zhurnal@vestnik-nauki.com


Вестник науки © 2026.    16+




* В выпусках журнала могут упоминаться организации (Meta, Facebook, Instagram) в отношении которых судом принято вступившее в законную силу решение о ликвидации или запрете деятельности по основаниям, предусмотренным Федеральным законом от 25 июля 2002 года № 114-ФЗ «О противодействии экстремистской деятельности» (далее - Федеральный закон «О противодействии экстремистской деятельности»), или об организации, включенной в опубликованный единый федеральный список организаций, в том числе иностранных и международных организаций, признанных в соответствии с законодательством Российской Федерации террористическими, без указания на то, что соответствующее общественное объединение или иная организация ликвидированы или их деятельность запрещена.